top
Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir Qol.az
Today, 13:16
- ↺ +

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir

Yaxın keçmişdə Azərbaycanın əsas yığmasına o qədər legioner cəlb edilib ki, adlarını sayıb, indi tanımadığımız hansısa çempionatda oynadıqlarını araşdırmağa vaxt itirmək istəmirsən. Nə məşqçisindən Azərbaycan millisinə fayda gəldi, nə də futbolçusundan. Zamanında guya inkişaf adı altında həyata keçirilən bu proses əslində futbolumuza divan tutmaq idi. Ağrısını bu günə qədər də çəkirik. O legionerlər azərbaycanlı uşaqların yerini zəbt etmişdilər. Bu azmış kimi heç nəticə də yox idi... 

Düzdür, Ayxan Abbasovun gəlişindən sonra da hələlik böyük uğura nail olmamışıq, amma 45 yaşlı mütəxxəssis əsas millidə işlədiyi 1 il 2 ay ərzində nəzərə çarpan dəyişikliklər edə bilib. Onlardan biri və hamı tərəfindən etiraf olunanı futbolçuların mübarizə əzmi və komanda ruhunun formalaşdırılmasıdır. Əvvəlki illərlə müqayisədə indi milli daha istəkli, cəsarətli, mübariz görünür. Əlbəttə, hər şey ideal deyil, çatışmazlıqlar da var. Bu səbəbdən obyektiv tənqidlər təbii qəbul olunmalıdır. 

Ancaq müsbət məqamları görməzdən gəlmək də düzgün olmaz. Ayxan Abbasovun millinin son toplanışında U-21 yığmasından 7 futbolçunu əsas milliyə cəlb etməsi isə ən yaxşı məqamlardan biridir. Təəssüf ki, Abbasovun bu qətiyyətli addımı bəzən mediada və azarkeşlər tərəfindən görməzdən gəlinir.

Əslində millinin gəncləşdirilməsi dünya futbolunda normal haldır. Amma əcnəbi mütəxəssislərin dövründə millimizdə belə təcrübəyə rast gəlinmirdi. 

Yerli futbolçulara güvənmək, onlara məsuliyyət hissi aşılamaq futbolumuzun gələcəyi baxımından çox vacibdir. Bu cür addımları görəndə hiss edirsən  ki, bu günün nəticəsi deyil, sabahın komandası düşünülür. Demək olar ki, milliyə cəlb olunan yeni, gənc oyunçuların hamısına Andorra ilə son yoxlama görüşündə şans verildi. Onlardan 20 yaşlı Eşqin Əhmədov isə hətta qol da vurdu.

Millimizin UEFA Millətlər Liqasının D Liqasında öz qrupunda birinci yeri tutmasına qulp qoyulması isə bir başqa dərddir. Guya başqa vaxt A, B və ya C liqasında yüksək yer tuturduq. İstənilən halda hər hansı bir yarışda birinci olmaq futbolçular üçün əlavə motivasiyadır. Təsəvvür edin ki, millimiz qrupda ikinci yeri tutur. Onda 1-ci ola bilmədiyi üçün böyük və haqlı qınaq atəşinə tutulacaqdı komanda. Birinci olmaq isə tamam başqa hissdir. 

Elə "Qarabağ"ın baş məşqçisi, Azərbaycan futbol tarixindəki ən böyük uğurların memarı olan Qurban Qurbanovun da açıqlamasında vurğuladığı kimi, birinciliyi dəyərləndirmək lazımdır. 

"Birinci yer elə birinci yerdir və bunu dəyərləndirmək lazımdır. İnsan məhz belə uğurlarla böyüyür. Çempion olmaq, birinci yeri tutmaq hər məşqçiyə və futbolçuya nəsib olmur. Liderliyi, çempionluğu hiss edəndə gələcəyə baxmaq daha rahat olur. Buna dəyər vermək lazımdır. Millimizi təbrik edirəm, halal olsun" - deyə Q.Qurbanov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi.

Bəli, birinciliyə, öndə olmağa qiymət vermək lazımdır. Çünki indi komandaya ruh yüksəkliyi çox vacibdir. Hansısa qrupda birinci olmaq bütün hallarda komandaya əlavə motivasiyadır. Bəlkə də bunu futbolu kənardan izləyən sıravi azarkeş hiss etməyə bilər, amma bunun nə demək olduğunu idmançı, futbolçu yaxşı anlayır. 

Fərz edin ki, komanda D liqasında ikinci yeri tutmuşdu. Onda futbolçuların, məşqçi heyətinin psixoloji durumuna nə dərəcədə ciddi zərbə dəyəcəyini təsəvvür etmək çətin deyildi.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin jurnalistlərlə son görüşündə bildirdiyi kimi ki, kəskin geriləyən Azərbaycan millisi ən dibə düşüb və indi yuxarı qalxmaq lazımdır. Əlbəttə, komandanın bataqlığın içinə girməsi Ayxan Abbasovun günahı deyil. Səbəb yazının əvvəlində göstərilib. 

Bəli, UEFA Millətlər Liqasında D Liqası ən dibdir. Bu zirzəmidən yuxarı qalxmaq üçün isə addımlarımızı mərhələ-mərhələ atmalıyıq. Necə ki, illərdir qabağa getmək əvəzinə addım-addım geriləmişik. Odur ki, tullana bilmirsənsə, heç olmasa, addımlamağı bacarmalısan.  

Bu gedişatın bizi hara aparacağını, əlbəttə, zaman göstərəcək. Amma əsas odur ki, milli komandamızda bir işartı görünür. 

Yeni Azərbaycan millisi qurulur.

Və bu, artıq məhz milli komandadır, yığma komanda deyil....

ELNUR

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb

Wrestling
Today, 13:09

Yaponiyalı professor Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Basketball
Today, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Football
Today, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir"

Football
Today, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı

Others
Today, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Football
Today, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasının ən yaxşıları sırasında

Football
Today, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Football
Today, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Football
Today, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib

Football
Today, 10:32

Barcelona Bakıdakı azarkeşlərinə təşəkkür etdi

Football
Today, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Football
Today, 10:24

Beşiktaşın təyyarəsi Batumiyə eniş edə bilmədi, uçuş təhlükəli oldu

Football
Today, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Football
Today, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var

Volleyball
Today, 09:43

"DH Volley" CEV Çelenc Kubokunun 1/16 finalında Polşanın LKS komandasını qəbul edəcək

Football
Today, 09:42

Beşiktaş

Football
Today, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Football
Today, 09:18

Stas Pokatilov “Sabah” kapitanı olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır

Football
Today, 09:17

U-21 milli futbolçusu Lorenso Mezzotero Sampdoriya üçün iki qol vurdu

Volleyball
Today, 09:02

Xilasedici komandası CEV Çempionlar Liqası III təsnifat mərhələsində cavab matçına çıxır

Football
Today, 09:00

Alisson Becker Liverpoolun tarixində ilk assist edən qapıçı oldu

Football
Today, 08:18

Sampdoriyanın 18 yaşlı futbolçusu Loorenzo Mezzoteri Padova qarşısında dubl etdi

Related news