Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzoterodan İtaliya B Seriyasında dubla imza atıb.
Oxu.Az xəbər verir ki, "Sampdoriya"nın 18 yaşlı hücumçusu 13-cü turda "Padova" qarşı oyunda iki qol vurub. O, 19-cu və 84-cü dəqiqələrdə fərqlənə bilib.
Nəticədə "Sampdoriya" səfərdə 2:1 hesablı qələbəyə sevinib.