Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununa bu gün çıxacaq.
"Report"un məlumatına görə, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi LKS-ni qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Xatırladaq ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib - 3:1, 3:0.