top
Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı Qol.az
Today, 10:42
- ↺ +

Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı

Şotlandiyanın "Seltik" klubunun futbolçusu Kamilo Duranın İngiltərə Premyer Liqasına mümkün transferində problem yaranıb.

QOL.az xəbər verir ki, bu barədə Şotlandiyanın "Daily Record" nəşri məlumat yayıb.

İngiltərənin "Lids" klubunun maraq dairəsində olan kolumbiyalı hücumçu hazırda Premyer Liqada çıxış etmək üçün tələb olunan iş icazəsi meyarlarına cavab vermir.

Kolumbiya millisinə yeni cəlb olunan Duran İngiltərədə legionerlərin transferi üçün tətbiq edilən sərt qaydalara əsasən kifayət qədər xal toplaya bilməyib.

Premyer Liqa klubları futbolçuya iş icazəsi verilməməsi ilə bağlı qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin futbolçunun topladığı xallar tələb olunan göstəriciyə yaxın deyilsə, belə qərarlar nadir hallarda dəyişdirilir.

Bundan başqa, Duranı transfer etmək istəyən klub "Seltik"i danışıqlara razı salmaq üçün böyük məbləğdə təklif irəli sürməlidir. Şotlandiya təmsilçisi 24 yaşlı hücumçunu yayda "Qarabağ"dan 6 milyon funt-sterlinqə transfer edib və onunla uzunmüddətli müqavilə imzalayıb.

Nəşr Azərbaycan çempionatının səviyyəsinin nisbətən aşağı olmasının da Duranın iş icazəsi üçün tələb olunan xalları toplamasına mənfi təsir göstərdiyini yazıb.

Lakin kollumbiyalı futbolçunun avrokuboklarda uğurlu çıxışını davam etdirməsi, "Seltik"lə ölkədaxili yarışlarda uğur qazanması və milli komandada müntəzəm oynaması onun İngiltərəyə transfer imkanlarını artıra bilər.

Kolumbiya millisinə yalnız yoldaşlıq oyunları üçün dəvət alan Duran bu mövsüm "Seltik"in ən yaxşı futbolçularından biridir.

QOL.az-ın İngiltərə mənbələrindən araşdırmasına əsasən, İngiltərədə xarici futbolçuların transferi üçün GBE (Governing Body Endorsement) adlı xüsusi xal sistemi tətbiq olunur. Bu sistemi İngiltərə Futbol Assosiasiyası (FA) müəyyənləşdirir.

Futbolçunun standart qaydada iş icazəsi üçün minimum 15 xal toplaması tələb olunur. Burada altı əsas meyar mövcuddur. Bunlar mili komandada iştirak, ölkə çempionatında oynadığı dəqiqələr, avrokuboklarda oynadığı dəqiqələr, klubunun ölkə çempionatındakı nəticəsi, klubunun avrokuboklardakı nəticəsi və çıxış etdiyi çempionatın səviyyəsidir.

Azərbaycan çempionatında mümkün oyun dəqiqələrinin 90-100 faizində iştirak edən futbolçu buna görə cəmi 2 xal, Şotlandiya çempionatında isə eyni göstəriciyə malik futbolçu 8 xal qazanır.

Maraqlıdır ki, noyabrın 28-də Şotlandiyanın "The Scottish Sun" nəşri "Daily Record"un xəbərinin əksini iddia edən material yayıb.

Nəşr yazır ki, Duranın İngiltərə Premyer Liqasına transferi üçün kifayət qədər xalı var. Buna əsas kimi aşağıdakı göstəricilər qeyd olunur: "Seltik"də müntəzəm çıxış etməsi, Avropa Liqasındakı iştirakı, "Qarabağ"ın heyətində Çempionlar Liqasında mümkün oyun dəqiqələrinin 84 faizində iştirak etməsi, "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi.

Nəşrin iddiasına görə, Duran 15 xallıq həddi artıq keçib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 10:23

"Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır"

Football
Today, 10:11

"Mourinyo məğlubiyyəti və Arda haqqında"

Football
Today, 09:40

Mahir Emreli: "İldəki son ev oyununda istədiyimiz nəticəni əldə edə bilmədik, çətin mövsüm keçiririk"

Football
Today, 09:30

"Real"ın Alaves qarşısında gözlənilməz məğlubiyyəti – Video icmalı

Qarabagh FC
Today, 09:05

Misli Premyer Liqası: Şamaxı–Qəbələ və Qarabağ–Sumqayıt bu gün oynanacaq

Football
Today, 08:14

"Braziliyanın Libertadores Kubokunda titulların sayına görə liderliyi ələ keçirdi"

Football
Today, 07:00

Rayan Qiqiz: Manchester United əfsanəsinin sadiqliyi və ailə mübahisələri

Football
Today, 05:08

Mourinyo hakimin qərarlarından narazı qalması və Bellingemin oyundan qovulması

Football
Today, 03:06

"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son verdi

Football
Today, 01:46

"İnter Cenoa qarşısında 4:0 məğlub oldu - Video"

Football
Today, 00:35

Mançester Yunayted ‘Brentford"da 0:4 məğlubiyyətlə dəyməkdi

Football
Today, 00:24

Abdulla Sima Fransa Liqa 1-də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Football
Yesterday, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Formula 1
Yesterday, 23:33

Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu

Football
Yesterday, 22:56

Dambrauskas "Sabah"ın "Araz-Naxçıvan"a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Football
Yesterday, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Football
Yesterday, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Football
Yesterday, 21:42

Bavariya Hamburgda 0:0 nəticə, qırmızı kartla çarx

Football
Yesterday, 21:39

Sabah Araz‑Naxçıvanı 2-0 məğlub etdi

Football
Yesterday, 20:11

"Əl‑Nəsr" 100‑cü ardıcıl çempionat qolunu vurdu

Football
Yesterday, 19:41

"Turan Tovuz"un son dəqiqə qələbəsi – Video icmalı

Football
Yesterday, 19:12

Azər Məmmədov "Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətini şərh etdi: "Ən azı bir xal qazanmağa layiq idik"

Football
Yesterday, 19:03

"Bursaspor" səfərdə "Vanspor"la 1:1 heç-heçə etdi

Related news