İngiltərə Premyer Liqasında 12-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, noyabrın 28-də turnirdə 3 qarşılaşma keçirilib. "Lids" "Koventri"ni inamlı qələbə ilə yola salıb. "Aston Villa" isə səfərdə "İpsviç"lə heç-heçə edib.
"Mançester Yunayted" isə öz meydanında "Brentford"a böyük hesabla uduzub. Məlumat üçün qeyd edək ki, "Mançester Yunayted" bu məğlubiyyətdən sonra 19-cu pillədə qərarlaşır.
Qeyd edək ki, hazırda turnir cədvəlində 28 xalla "Arsenal" (11 oyun) liderlik edir. "Brayton" 22 xalla (11 matç) 2-ci, eyni xalı olan "Mançester Siti" (11 oyun) 3-cüdür.
İngiltərə Premyer Liqası
28 noyabr
"Lids" – "Koventri" – 3:0
Qollar: Dominik Kalvert-Lyuin, 40; Şon Lonqstaf, 45, 66
"Mançester Yunayted" – "Brentford" – 0:4
Qollar: Çarli Vilson, 19, 32; Kristoffer Ayer, 82; Kevin Şade, 90+1
"İpsviç" – "Aston Villa" – 2:2
Qollar: Emersonn, 18; Leif Davis, 56 – Alysson, 16; Joao Gomes, 26