Səudiyyə Ərəbistanının "Əl-Kadisiya" klubunun və Meksika millisinin forvardı Xulian Kinyones Fransa təmsilçisi PSJ-nin maraq dairəsinə düşüb.
"Report" "Goal"a istinadən xəbər verir ki, ərəb klubu ilə hələlik rəsmi danışıqlara başlanılmayıb.
29 yaşlı futbolçu 2024-cü ilin yayından "Əl-Kadisiya"da çıxış edir. Kinyones bu müddət ərzində ölkə çempionatında keçirdiyi 70 matçda 59 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm 33 dəfə fərqlənən forvard turnirin ən yaxşı bombardiri olub. 2026/2027 mövsümündə isə hücumçunun aktivində Səudiyyə Ərəbistanı Pro Liqasında 11 oyun, 6 qol və 5 ötürmə var.
Qeyd edək ki, "Transfermarkt" portalı Kinyonesin dəyərini 14 milyon avro olaraq qiymətləndirir.