top
Azər Məmmədov Kəpəzin Turan Tovuza məğlubiyyətini şərh etdi: Ən azı bir xal qazanmağa layiq idik Qol.az
Today, 19:12
- ↺ +

Azər Məmmədov "Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətini şərh etdi: "Ən azı bir xal qazanmağa layiq idik"

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 13-cü turunda "Turan Tovuz"a məğlub olduqları matçı (1:2) şərh edib.

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında açıqlamasında bunları deyib:

"Bilirsiniz ki, bu, Qərb derbisidir və "Turan Tovuz"la oyun bizim üçün çox vacib idi. Çempionatın liderlərindən biri, fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımızın Tovuzda yaxşı çıxış etdiyini düşünürəm. Rəqib turnir cədvəlində bizdən öndə olsa da, asanlıqla təslim olmayacağımızı göstərdik.

Təəssüf ki, meydanı məğlub tərk etdik. Məncə, bu oyunda ən azı bir xal qazanmağa layiq idik. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Həmişə olduğu kimi, bizi tək qoymadılar. Matçdan sonra futbolçularıma da göstərdikləri oyuna görə minnətdarlığımı bildirdim".

- Vaxtilə "Turan"da da çıxış etmisiniz. Əsl Qərb derbisi 1990-cı illərdə, sizin oynadığınız dövrdə keçirilirdi. Həmin oyunlarla indiki qarşılaşmaları necə müqayisə edərdiniz? Uzun müddətdir belə derbilər, azarkeş rəqabəti olmamışdı.

- Mənim oynadığım illər Tovuz futbolunun ən yaxşı dövrlərindən biri idi. Düşünürəm ki, 2004-2005-ci illər çempionatı Azərbaycan futbolunun ən maraqlı mövsümlərindən olub.

O vaxt Qərb derbilərində azarkeşlərin sayı daha çox idi. Bununla yanaşı, bu gün də xoş atmosfer var idi. "Kəpəz"lə oyunda "Turan Tovuz"un stadionuna gələn azarkeşlərin sayı əvvəlki çempionatlar və digər klubların oyunları ilə müqayisədə kifayət qədər çox idi.

- Məlumdur ki, "Turan Tovuz" standart vəziyyətlərdən kifayət qədər yaxşı yararlanır. Futbolçulara bunun qarşısını almaq üçün hansı tapşırıqları vermişdiniz?

- Oyundan əvvəlki məşqlərdə əsas diqqəti müdafiə standartlarına yönəltmişdik. Bilirdik ki, "Turan Tovuz" uzun ötürmələrdən və standart vəziyyətlərdən istifadə edir. Bu epizodlardan sonra ikinci topları qazanaraq hücumu tamamlamağa çalışırlar.

Həftə ərzində bu cür vəziyyətlərdə müdafiə olunmaq üzərində işlədik. Ancaq fiziki göstəricilər və boy baxımdan futbolçularımız rəqibin standart vəziyyətlərdə hücuma qoşulan oyunçularından geri qalırlar.

Buna baxmayaraq, rəqibin futbolçularına uyğun mövqe seçməyə çalışırdıq. Təəssüf ki, hər iki qolda uzun ötürmələrin və standart vəziyyətlərin qarşısını ala bilmədik.

- İkinci qolu buraxdıqdan sonra futbolçulara irad bildirdiniz. Harada səhvə yol verildi? Rəqibə zərbə imkanı vermələri ilə bağlı narazılığınızın səbəbi nə idi?

- Əslində, həmin vaxt köməkçim Etibar İbrahimovla danışırdım. Bu, irad deyildi, sadəcə fikirlərimi onunla bölüşürdüm.

İkinci qoldan sonra hücumu gücləndirmək üçün iki futbolçunu meydana buraxdıq. Onlardan rəqibin uzun ötürmələrinin qarşısını almağı istəmişdim. Təəssüf ki, tapşırığı yerinə yetirə bilmədilər. Buna görə əsəbiləşdim. Çünki bir və ya üç xal qazanmaq istəyiriksə, rəqibin uzun ötürmələrinə mane olmalıydıq. Ancaq bunu bacarmadıq.

-  Qarşıda sizi "Qəbələ" və "Sumqayıt"la oyunlar gözləyir. Bu üç qarşılaşmanın hər birinə üç xal qazanmaq məqsədilə çıxacaqsınız, yoxsa əsas hədəf məğlub olmamaq olacaq?

- Mən həmişə deyirəm ki, hər oyuna qələbə məqsədilə çıxmalıyıq. Əks halda, futbolçularım da bunu hiss edərlər. Baş məşqçi kimi onlardan ilk növbədə müdafiədə diqqətli olmağı və qol buraxmamağı tələb edirəm. Çünki qapımızı toxunulmaz saxlasaq, hücumda fərqlənmək imkanımız olacaq.

Qol buraxmamaq seriyamız var idi. "Şamaxı" ilə oyundan sonra, səhv etmirəmsə, cəmi bir və ya iki dəfə bir qol buraxmışıq. Səkkiz turdan sonra ilk dəfədir ki, səfərdə qapımızda iki qol görürük.

Qarşıdakı oyunların hər birində qələbə qazanmaq istəyirik. "Turan Tovuz"la matça da üç xal üçün çıxmışdıq. Növbəti qarşılaşmalarda da hədəfimiz dəyişməyəcək. İndidən nəticə barədə danışmaq çətindir, amma maksimum xal toplamağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 19:03

"Bursaspor" səfərdə "Vanspor"la 1:1 heç-heçə etdi

Football
Today, 18:40

"Hypers" – "Şirvan": 1:1 (videoicmalı)

Football
Today, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Football
Today, 17:29

"Bavariya"da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Football
Today, 16:24

Karbala komandası maliyyə çətinlikləri səbəbindən 14 dəqiqədə məğlubiyyət tapdı

Football
Today, 15:21

"Turan Tovuz" - "Kəpəz": Premyer Liqanın 13-cü turundakı matçın heyətləri açıqlanıb

Football
Today, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Others
Today, 15:01

Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Football
Today, 14:39

İngiltərə Premyer Liqası klubları "Mançester Siti"nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Football
Today, 14:36

"Beşiktaş‑Hapoel matçı sonrası türk turizm şirkətləri Gürcüstan turlarını ləğv edir"

Others
Today, 14:02

İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq

Football
Today, 13:27

Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi

Qarabagh FC
Today, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Football
Today, 12:41

Ronaldo: "Bizim nəslimizlərdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur"

Football
Today, 12:28

Xosep Qvardiola "Barselona"ya qayıtmaq niyyəti olmadığını açıqlayıb

Football
Today, 11:34

"Arsenal" qış transferidə sağ müdafiə, sol vinger və mərkəz hücumçu cəlb etməyi planlaşdırır

Football
Today, 11:06

Nəriman Axundzadənin keçmiş klubundan Lionel Messinin komandası qarşısında futbol dərsi

Chess
Today, 10:40

Azərbaycan şahmatçısı Xaqan Əhməd Karakasdakı 20 yaşadək gənclər dünya çempionatında gümüş medal qazanıb

Volleyball
Today, 10:29

"Xilasedici" klubunun baş məşqçisi Cəlil Cəlilov: Çempionlar Liqası bizim üçün ilk təcrübə oldu

Football
Today, 10:22

Etan Mbappe ilə müqavilə 2029-cu ilə qədər uzadıldı

Football
Today, 10:01

Rayan, Braziliya milli futbolçusu, PSJ, Real və Liverpool tərəfindən maraqlanır

Football
Today, 09:55

Aleks Kampos Bakıda Çempionlar Liqasında Debüt Edərək Emosional Paylaşımda

Football
Today, 09:19

Messi və Inter Miami MLS pley-offda erkən çıxış etdi

Related news