Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 11-ci turu çərçivəsində keçirilən "Hamburq" - "Bavariya" matçı qolsuz heç-heçə ilə başa çatıb.
Oxu.Az "Çempionat" nəşrinə istinadən xəbər verir ki, Hamburqdakı "Folksparkştadion"da baş tutan görüşdə hesab açılmayıb - 0:0.
Matçın 44-cü dəqiqəsində "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Münhen təmsilçisinin hücum liderləri Maykl Olise və Harri Keyn zədə səbəbindən oyunda iştirak etməyiblər. Kolumbiyalı Luis Dias isə yalnız ikinci hissədə meydana çıxıb.
Bu nəticədən sonra "Bavariya" 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Münhen klubu ehtiyatda bir oyunu olan Dortmund "Borussiya"sından bir xal geri qalır. "Hamburq" isə 13 xalla 12-ci yerdədir.