top
Abdulla Sima Fransa Liqa 1-də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu Oxu.az
Today, 00:24
- ↺ +

Abdulla Sima Fransa Liqa 1-də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Seneqallı hücumçu Abdallah Sima noyabrın 28-də "Anje" ilə səfər qarşılaşmasında beş qol vuraraq "Lans"a qələbə qazandırıb. O, bununla da son 12 ildə Fransa çempionatında bir oyunda beş qol vuran ilk futbolçu olub.

Oxu.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, "Anje" ilə qarşılaşmanın 84-cü dəqiqəsində əvəzlənən 25 yaşlı futbolçu azarkeşlərin alqışları altında meydanı tərk edib. Matç "Lans"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdən sonra Sima ilk növbədə anasını xatırlayıb.

"Anam həyatda bizə çox şey verib. Ona təşəkkür edirəm, bizim üçün etdiyi hər şeyə görə minnətdaram. Ümid edirəm ki, mənimlə fəxr edir", - deyə o, "Ligue 1+" telekanalına bildirib.

Mövsümün əvvəlində Dino Toppmöllerin rəhbərliyi altında əsas heyətdə yer alan cinah hücumçusu oktyabrın əvvəlində Seneqal millisinin heyətində aldığı bud zədəsi səbəbindən iki aylıq fasilədən sonra start heyətinə qayıdıb. Bu müddətdə "Lans" üç dəfə baş məşqçi dəyişib.

"Anje" ilə oyundakı çıxışı isə onu Fransa futbolunun tarixinə salıb. 2014-cü ilin oktyabrında "Nitsa"nın futbolçusu Karlos Eduardonun imza atdığı nəticədən sonra heç bir futbolçu Liqa 1-də bir matçda beş qol vurmamışdı.

Sima 1984-cü ildən bəri belə nəticəyə imza atan üçüncü futbolçu olub. Ondan əvvəl Karlos Eduardo ilə yanaşı, "Tulon"un futbolçusu Filip Anziani də bir matçda beş qol vurmuşdu.

"Tarixin bir parçası olduğum üçün xoşbəxtəm", - deyə seneqallı hücumçu bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Formula 1
Yesterday, 23:33

Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu

Football
Yesterday, 22:56

Dambrauskas "Sabah"ın "Araz-Naxçıvan"a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Football
Yesterday, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Football
Yesterday, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Football
Yesterday, 21:42

Bavariya Hamburgda 0:0 nəticə, qırmızı kartla çarx

Football
Yesterday, 21:39

Sabah Araz‑Naxçıvanı 2-0 məğlub etdi

Football
Yesterday, 20:11

"Əl‑Nəsr" 100‑cü ardıcıl çempionat qolunu vurdu

Football
Yesterday, 19:41

"Turan Tovuz"un son dəqiqə qələbəsi – Video icmalı

Football
Yesterday, 19:12

Azər Məmmədov "Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətini şərh etdi: "Ən azı bir xal qazanmağa layiq idik"

Football
Yesterday, 19:03

"Bursaspor" səfərdə "Vanspor"la 1:1 heç-heçə etdi

Football
Yesterday, 18:40

"Hypers" – "Şirvan": 1:1 (videoicmalı)

Football
Yesterday, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Football
Yesterday, 17:29

"Bavariya"da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Football
Yesterday, 16:24

Karbala komandası maliyyə çətinlikləri səbəbindən 14 dəqiqədə məğlubiyyət tapdı

Football
Yesterday, 15:21

"Turan Tovuz" - "Kəpəz": Premyer Liqanın 13-cü turundakı matçın heyətləri açıqlanıb

Football
Yesterday, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Others
Yesterday, 15:01

Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Football
Yesterday, 14:39

İngiltərə Premyer Liqası klubları "Mançester Siti"nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Football
Yesterday, 14:36

"Beşiktaş‑Hapoel matçı sonrası türk turizm şirkətləri Gürcüstan turlarını ləğv edir"

Others
Yesterday, 14:02

İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq

Football
Yesterday, 13:27

Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi

Qarabagh FC
Yesterday, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Related news