top
«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı» Qol.az
Bu gün, 10:42
- ↺ +

«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı»

Şotlandiyanın "Seltik" klubunun futbolçusu Kamilo Duranın İngiltərə Premyer Liqasına mümkün transferində problem yaranıb.

QOL.az xəbər verir ki, bu barədə Şotlandiyanın "Daily Record" nəşri məlumat yayıb.

İngiltərənin "Lids" klubunun maraq dairəsində olan kolumbiyalı hücumçu hazırda Premyer Liqada çıxış etmək üçün tələb olunan iş icazəsi meyarlarına cavab vermir.

Kolumbiya millisinə yeni cəlb olunan Duran İngiltərədə legionerlərin transferi üçün tətbiq edilən sərt qaydalara əsasən kifayət qədər xal toplaya bilməyib.

Premyer Liqa klubları futbolçuya iş icazəsi verilməməsi ilə bağlı qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin futbolçunun topladığı xallar tələb olunan göstəriciyə yaxın deyilsə, belə qərarlar nadir hallarda dəyişdirilir.

Bundan başqa, Duranı transfer etmək istəyən klub "Seltik"i danışıqlara razı salmaq üçün böyük məbləğdə təklif irəli sürməlidir. Şotlandiya təmsilçisi 24 yaşlı hücumçunu yayda "Qarabağ"dan 6 milyon funt-sterlinqə transfer edib və onunla uzunmüddətli müqavilə imzalayıb.

Nəşr Azərbaycan çempionatının səviyyəsinin nisbətən aşağı olmasının da Duranın iş icazəsi üçün tələb olunan xalları toplamasına mənfi təsir göstərdiyini yazıb.

Lakin kollumbiyalı futbolçunun avrokuboklarda uğurlu çıxışını davam etdirməsi, "Seltik"lə ölkədaxili yarışlarda uğur qazanması və milli komandada müntəzəm oynaması onun İngiltərəyə transfer imkanlarını artıra bilər.

Kolumbiya millisinə yalnız yoldaşlıq oyunları üçün dəvət alan Duran bu mövsüm "Seltik"in ən yaxşı futbolçularından biridir.

QOL.az-ın İngiltərə mənbələrindən araşdırmasına əsasən, İngiltərədə xarici futbolçuların transferi üçün GBE (Governing Body Endorsement) adlı xüsusi xal sistemi tətbiq olunur. Bu sistemi İngiltərə Futbol Assosiasiyası (FA) müəyyənləşdirir.

Futbolçunun standart qaydada iş icazəsi üçün minimum 15 xal toplaması tələb olunur. Burada altı əsas meyar mövcuddur. Bunlar milli komandada iştirak, ölkə çempionatında oynadığı dəqiqələr, avrokuboklarda oynadığı dəqiqələr, klubunun ölkə çempionatındakı nəticəsi, klubunun avrokuboklardakı nəticəsi və çıxış etdiyi çempionatın səviyyəsidir.

Azərbaycan çempionatında mümkün oyun dəqiqələrinin 90-100 faizində iştirak edən futbolçu buna görə cəmi 2 xal, Şotlandiya çempionatında isə eyni göstəriciyə malik futbolçu 8 xal qazanır.

Maraqlıdır ki, noyabrın 28-də Şotlandiyanın "The Scottish Sun" nəşri "Daily Record"un xəbərinin əksini iddia edən material yayıb.

Nəşr yazır ki, Duranın İngiltərə Premyer Liqasına transferi üçün kifayət qədər xalı var. Buna əsas kimi aşağıdakı göstəricilər qeyd olunur: "Seltik"də müntəzəm çıxış etməsi, Avropa Liqasındakı iştirakı, "Qarabağ"ın heyətində Çempionlar Liqasında mümkün oyun dəqiqələrinin 84 faizində iştirak etməsi, "Qarabağ"la Çempionlar Liqasının pley‑off mərhələsinə yüksəlməsi.

Nəşrin iddiasına görə, Duran 15 xallıq həddi artıq keçib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:00

Superliqada beşinci turun son oyunu keçiriləcək

Futbol
Bu gün, 10:55

PSJ "Loryen"i məğlub edərək məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırdı

Futbol
Bu gün, 10:54

İkinci Liqada 13-cü turun üç qarşılaşması bu gün keçiriləcək

Futbol
Bu gün, 10:45

Anri: Arsenal hazırda çempionluq mübarizəsində ən etibarlı komandadır

Futbol
Bu gün, 10:45

Ronalddan Interə keçidinin səbəbi: daha yaxşı maaş

Futbol
Bu gün, 10:45

Fənərbağçadan Lukaku və iki futbolçu ayrılacaq

Futbol
Bu gün, 10:40

Erik Kantona: Manchester United-da məşqçi ilə münasibət

Qarabağ FK
Bu gün, 10:37

"Qarabağ – Sumqayıt: Suraxanı Azersun Arena"da 3 xal üçün mübarizə"

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Futbol
Bu gün, 10:21

Hansi Flik, "Sabah"ın qolunun ardından nə üçün əsəbiləşdi?

Futbol
Bu gün, 10:17

Real evdə Alaves‑lə 1:2 məğlubiyyət alıb

Futbol
Bu gün, 10:15

Sabiq Barselona hücumçusunun məşqçilərindən şikayəti

Futbol
Bu gün, 10:13

Fernando Muslera Qalatasarayda karyerasını başa vurdu

Futbol
Bu gün, 10:11

Mourinyo məğlubiyyəti və Arda haqqında

Futbol
Bu gün, 10:00

Kəpəz klubuna əsas futbolçunun Şamaxı qarşısında oyunu itirəcəyi xəbər

Qarabağ FK
Bu gün, 09:53

Qarabağ – Sumqayıt: 13‑ci turun son oyunu 29 noyabrda Azersun Arena'da

Digər
Bu gün, 09:47

Latsio" dayanmaq bilmir

Futbol
Bu gün, 09:40

Mahir Emreli: «İldəki son ev oyununda istədiyimiz nəticəni əldə edə bilmədik, çətin mövsüm keçiririk»

Futbol
Bu gün, 09:40

Çexiya klubu 22 milyon avro ilə Slaviya hücumçusunu qiymətləndirir

Oxşar xəbərlər