Azərbaycan komandası Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında daha 1 qızıl və 1 gümüş medal qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçilərimizdən iki nəfərlik kayak qayığında Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl, Niyaz Məlikov - İvan Vorobyanski (2008-2009) cütü isə gümüş medal qazanıb.