top
Mingəçevirdə Prezident Kuboku 2026 beynəlxalq reqatasının açılış mərasimi keçirildi Report.az
28 April 2026, 20:07
- +

Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirildi

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Mingəçevirdə baş tutan tədbirdə bir sıra rəsmi şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mingəçevir şəhər icra başçısı İlham İsmayılov yarışın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb:

"Hər birinizi salamlayıram. Bu gün möhtəşəm idman yarışının açılışına toplaşmışıq. Yarışa qatılan bütün idmançılara təşəkkür edir, onlara uğurlar arzulayıram. Bu gün böyük idman tədbirinə şahidlik edirik. Ötən gün Sərsəng su anbarında yarışlar start götürdü və mətbuat vasitəsilə möhtəşəm çıxışlara şahidlik etdik. Əminəm ki, yarış həyəcanı sabah da eyni qaydada davam edəcək".

Ardınca Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov turnirin vacibliyini və idmanın cəmiyyət üçün önəmini qeyd edib:

"Yarışın vacibliyi böyükdür, idman sağlamlıqdır. İnanırıq ki, maraqlı mübarizələrə şahidlik edəcəyik. İnanırıq ki, bu gün Azərbaycanda yetişən idmançılar gələcəkdə ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Qoy güclülər qalib gəlsin".

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev isə çıxışında bu cür turnirlərin yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ardınca tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Xatırladaq ki, turnirə ötən gün Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

Mingəçevirdə Prezident Kuboku 2026 beynəlxalq reqatasının açılış mərasimi keçirilib Mingəçevirdə Prezident Kuboku 2026 beynəlxalq reqatasının açılış mərasimi keçirilib Mingəçevirdə Prezident Kuboku 2026 beynəlxalq reqatasının açılış mərasimi keçirilib Mingəçevirdə Prezident Kuboku 2026 beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Volleyball
Today, 16:13

Rescue Volleyball Team Strengthened with Czech Player

Football
Today, 15:49

Araz-Naxçıvan Boyan Letiçi ilə müqavilə imzalayıb

Football
Today, 15:32

Karvan-Yevlax Mirəli Əhmədovu və Lətif Rzayevi transfer edib

Volleyball
Today, 15:29

Xilasedici komandasına yeni transfer

Wrestling
Today, 14:59

Azərbaycan güləşçisi Arseniy Djioyev ABŞ-li olimpiya mükafatçısı ilə qarşılaşacaq

Football
Today, 14:45

Sumgayit - Neftchi match venue changed

Football
Today, 13:52

Trabzonspor fan extends lounge rental until 2040, pays 100 million lira

Football
Today, 13:32

Araz-Naxçıvan "Neftçi"nin forvardını icarəyə götürüb

Football
Today, 13:28

Karvan-Yevlax klubu heyətini Lətif Rzayevlə gücləndirib

Football
Today, 13:20

Inter Offers Musa Diaby Again

Football
Today, 12:40

Everton and Crystal Palace Transfer Agreement

Volleyball
Today, 12:36

Azərbaycan çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə mübarizə aparacaq

Football
Today, 12:20

Viktor Ibarbo can revive his career in Italy

Football
Today, 11:30

Roma Rodriqu Moranın transferi ilə maraqlanır

Football
Today, 11:20

Fulham signs Shi Charles for £30 million

Boxing
Today, 10:54

Azərbaycan boksçuları Qazaxıstanda qızıl medal qazandı

Football
Today, 10:36

Zakari Atekameni „Lion“ klubuna icarəyə verilib

Basketball
Today, 09:13

Azerbaijan's U-16 women's basketball team prepares for European Championship

Football
Today, 08:25

PSJ „Parma“ close to agreeing on Dzion Suzuki's transfer

Football
Today, 08:20

Assassination plot against Lionel Messi

Football
Today, 08:00

Trabzonspor can transfer Darvin Nunez

Football
Today, 07:35

Competition between "Roma" and "Aston Villa" for Endrick

Football
Today, 06:27

Marcus Rashford may return to Barcelona

Others
Today, 04:33

Khabib Nurmagomedov: Why didn't I answer McGregor?

Related news