UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi rəqib qapısına yol tapıb.
Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə adını tabloya yazdırıb.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
20:00
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.