top
Yurgen Klopp “Liverpul” tərəfdarlarına  pivə qonaqlığı  vəd etdi Lent.az
15 yanvar 2025, 14:38
- ↺ +

Yurgen Klopp “Liverpul” tərəfdarlarına pivə qonaqlığı vəd etdi

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp, "Mançester Siti" "şəhərlilər"in xeyrinə iki liqa titulundan məhrum edilərsə, Malorkadakı evində parad təşkil edəcəyinə söz verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Mançester Siti" daha əvvəl 2009-2018-ci illər arasında 100-dən çox maliyyə pozuntusunda ittiham edilib.

"Şəhərlilər" günahkar bilinərsə, klub xalların silinməsi, Premyer Liqadan qovulması və dörd liqa titulunun itirilməsi də daxil olmaqla bir sıra cəzalarla üzləşə bilər.

"Liverpul" araşdırılan dövrdə iki dəfə - 2014-cü ildə Brendan Rocersin və 2019-cu ildə Yurgen Kloppun rəhbərliyi altında Premyer Liqada "Mançester Siti"dən sonra ikinci olub.

"Mən "Liverpul"dan ayrılarkən bunu müzakirə etdik. Bilirsiniz, mən Malorkadakı evimdə çox vaxt keçirmirəm, çünki dünyanı çox gəzirəm. Əgər "Mançester Siti"nin titullarından məhrum ediləcəyi və mersisaydlıların çempion elan edildiyi bir vəziyyət yaranarsa, sadəcə Malorkaya uçuş sifariş etmək istəyən hər kəsə deyəcəyəm ki, onlara pivə alacağam. Nəyi qeyd etməyi planlaşdırırıqsa, onu da edəcəyik. Mənim bağımda öz paradımız olacaq. Gözləyək. Ümumiyyətlə, mən bütün bu vəziyyəti izləmirəm", - Klopp deyib.

Yurgen Klopp 9 il çalışdıqdan sonra 2024-cü ilin yayında "Liverpul"u tərk edib.

Onun rəhbərliyi altında mersisaydlılar Premyer Liqa, İngiltərə Kuboku və Super Kuboku, Liqa Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla bütün əsas turnirlərin qalibi olublar.

Ümumilikdə, "Liverpul" Kloppun rəhbərliyi altında 489 oyun keçirib, 304-də qalib gəlib, 100-də heç-heçə edib və 85-də uduzub. Kloppun klubdakı yerini əvvəllər "Feyenoord"a rəhbərlik edən hollandiyalı mütəxəssis Arne Sloot tutub.

Bu ilin yanvarında Klopp "Red Bull"un qlobal futbol bölməsinin rəhbəri vəzifəsini tutub. 57 yaşlı almaniyalının bu vəzifədə ildə təxminən 12 milyon avro qazanacağı bildirilir.
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər