"Şəfa"nın müdafiəçisi Maudo Jarjue Sportinfo.az-a açıqlama verib.
29 yaşlı qambiyalı legioner ilk olaraq Premyer Liqanın 9-cu turunda "Kəpəz"ə məğlub olduqları matç barədə danışıb:
"Son 2 oyuna yaxşı başladıq və hesabda irəli çıxan tərəf olduq.
Lakin son dəqiqələrdə diqqətimizi bir qədər itirdik və rəqib təzyiqi artırdı.
Bizim üçün çətin dövrdür, amma artıq vəziyyəti dəyişməliyik".
Bir müddət əvvəl qambiyalı stoper neqativ xəbərlərlə gündəmə gəldi. Bəs bu söz söhbətlər onun çıxışına necə təsir edir?
Futbolçunu dinləyək:
"Açığı, bu barədə çox danışmaq istəmirəm. Mediada yayımlanan xəbərlər əvvəlcədən qeyd etdiyim kimi yalandır. Bu cür şayiələr mənə təsir etmir".
XANOĞLAN