"Qalatasaray"ın milli futbolçusu Yunus Akgün sabah nişanlısı Tuğçe Alaca ilə evlənməyə hazırlaşır.
"Qalatasaray"ın ulduz oyunçusu Yunus Akgünü toy həyəcanı bürüyüb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə mgörə, keçən il nişanlanan Yunus Akgün və Tuğçe Alaca sabah evlənməyə hazırlaşırlar.

Yunus Akgün 2025-ci il yanvarın 1-də Tuğçe Alaca ilə qayıqda evlilik təklifi edib. Milli futbolçu həmin anın şəkillərinə "Bu ilin ən gözəl anı", Alaca isə "Mənim üçün bu ilin ən gözəl hədiyyəsi" şərhini yazıb.

2025-ci ilin sentyabr ayında nişanlanan cütlüyün sabah axşam keçiriləcək toy mərasimində evlənəcəyi gözlənilir. Cütlüklərdən heç biri hələlik toyla bağlı rəsmi açıqlama verməyib.