Fiqurlu konkisürmə üzrə rusiyalı məşqçi Yevgeni Plyuşşenko ünvanına səslənən tənqidlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, ikiqat Olimpiya çempionu bu yay oğlu Aleksandr Plyuşşenkonun Azərbaycan yığmasına keçidindən sonra da diqqət mərkəzində olub.
"Nifrət və tənqidə düzgün, sevgi ilə yanaşmaq lazımdır. Məni çox tənqid edirlər, amma bu da yaxşıdır, çünki irəliyə doğru hərəkətdir", - deyə Plyuşşenko Sport24-ə bildirib.
Mütəxəssis yay aylarında yeni buz şousunun təşkili üçün 24 milyon rubl (təxminən 473 min AZN) məbləğində dövlət qrantına müraciət etməsindən sonra da tənqidlərlə üzləşib.