Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun oyunlarının təqvimi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, turun görüşləri oktyabrın 28-də və 30-da keçiriləcək.
İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Saat 16:00-da "ORDU" və "Neftçi" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gələcəklər. Saat 17:00-da isə "Xilasedici" Fövqəladə Hallar Nazirliyinin idman zalında "AZERRAIL"ı qəbul edəcək.
Turun son görüşü oktyabrın 30-da "Murov Az Terminal" və "Gənclər" arasında keçiriləcək.
Super Liqa (kişilər)
İkinci tur
28 oktyabr
16:00. "ORDU" - "Neftçi"
GİN-in Voleybol Mərkəzi
17:00. "Xilasedici" - "AZERRAIL"
FHN-in idman zalı
30 oktyabr
17:00. "Murov Az Terminal" - "Gənclər"
GİN-in Voleybol Mərkəzi