top
2027-ci ildə Dakar rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək Idman.biz
Bu gün, 03:45
- ↺ +

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Dünyanın ən məşhur avtomobil yarışlarından biri olan "Dakar" rallisi 2027-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunmayacaq.

İdman.Biz xəbər verir ki, yarışın təşkilatçıları Yaxın Şərqdəki vəziyyətlə əlaqədar rallinin başqa ölkəyə köçürüləcəyini açıqlayıblar.

Turnirin yeni keçiriləcəyi məkan hələ müəyyənləşdirilməyib. Bununla belə, təşkilatçılar 2028-ci ildə Səudiyyə Ərəbistanına qayıtmağı planlaşdırırlar.

Təşkilatçıların yaydığı bəyanatda Səudiyyə Ərəbistanının son yeddi ildə yarışa ev sahibliyi etməsi və tərəflər arasında qurulan əməkdaşlıq xüsusi vurğulanıb.

"2020-ci ildən etibarən Səudiyyə Ərəbistanı ardıcıl yeddi dəfə "Dakar" rallisinə ev sahibliyi edib. Krallığın coğrafi müxtəlifliyini nümayiş etdirən marşrutlar dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirib. Bu yarışlar Səudiyyə Ərəbistanını "Dakar" cəmiyyətinin ayrılmaz hissəsinə çevirib və uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyub", - deyə açıqlamada bildirilib.

Təşkilatçılar əməkdaşlığın davam etdiriləcəyini də təsdiqləyiblər.

Bəyanatda bütün maraqlı tərəflərin Səudiyyə Ərəbistanında avtomobil idmanının inkişafına və iştirakçılar, komandalar, eləcə də azarkeşlər üçün yüksək səviyyəli yarış təcrübəsinin yaradılmasına sadiq qaldıqları qeyd olunub.

Xatırladaq ki, 2027-ci il "Dakar" rallisinin yanvarın 1-15-də keçirilməsi planlaşdırılırdı. Yarışın başqa ölkəyə köçürülməsi qərarı Yəməndə silahlı münaqişənin kəskinləşməsi fonunda qəbul edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Oxşar xəbərlər