top
“Araz‑Naxçıvan”ın baş məşqçisi: “Polşada hazırlıq tamdır, bütün oyunlarda qələbə hədəfimizdir” Idman.biz
Bu gün, 19:38
- ↺ +

“Araz‑Naxçıvan”ın baş məşqçisi: “Polşada hazırlıq tamdır, bütün oyunlarda qələbə hədəfimizdir”

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq "Araz-Naxçıvan" Polşada son məşqini keçirib.

İdman.Biz xəbər verir ki, artıq iki gündür Polşada olan Azərbaycan təmsilçisinin baş məşqçisi Fərid Ələkbərov komandanın vəziyyətindən danışıb.

Mütəxəssis hazırlığın yaxşı keçdiyini və heyətdə zədəli futzalçının olmadığını bildirib:

"Son iki məşqimizi oyunun keçiriləcəyi "Prezero Arena"da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası, zədəli futzalçımız yoxdur. Komanda demək olar ki, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur".

Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək Ələkbərov rəqiblərin gücünə baxmayaraq, komandasının maksimum nəticəyə çalışacağını vurğulayıb:

"Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Voleybol
Bu gün, 19:58

DH Volley avrokubokda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 19:51

Premyer Liqada Turnun Ən Yaxşı Futbolçusu Namizədləri Açıqlanıb

Boks
Bu gün, 19:33

Mayk Tayson serial çəkilişləri üçün İstanbulda görülüb

Futbol
Bu gün, 19:31

Bavariya futbolçuları Londonda Qızıl Top mükafatına qatıldı

Futbol
Bu gün, 19:28

İnter, Kyezanı Liverpooldan transfer etmək üçün danışıqlara başladı

Futbol
Bu gün, 19:22

Real Madrid prezidenti Florentino Peres Qızıl Top təqdimatına qatılmayacaq

Futbol
Bu gün, 19:07

«Real» və «Barselona» 12 «Qızıl top»la ilk yeri bölüşür: İtaliya və Almaniya klubları ilk beşliyi tamamlayır

Futbol
Bu gün, 19:06

Vaqif Sadıqov: Bakıdakı U-15 Dünya Çempionatı gənc futbolçularımız üçün Avropaya açılan qapıdır

Futbol
Bu gün, 18:57

Maqat 2026 Qızıl Top üçün üç seçimi açıqladı

Güləş
Bu gün, 18:49

Azərbaycan güləş komandası Estoniyada beynəlxalq turnirdə birinci oldu

Futbol
Bu gün, 18:44

Samuel Eto və Lassana Diarra U-15 Dünya Çempionatı üçün Bakıdadır

Futbol
Bu gün, 18:36

Xavi Espart Real Madrid qarşısında ağır zədə aldı – yeddi həftə istirahət

Futbol
Bu gün, 18:29

"Napoli"nin yarımmüdafiəçi Zambo Angissa Türkiyəyə keçə bilər

Boks
Bu gün, 18:10

Boksçu Mayk Tayson Türkiyənin 'Tuzlu Kahve' serialında qonaq aktyor kimi çıxacaq

Futbol
Bu gün, 18:00

Kəpəz klubunun rəsmi fan-şopu “1959 Store” açıldı

Qarabağ FK
Bu gün, 17:45

Bruno Lanqa: ‘Sabah’la Əldə Edilən Xalın Dəyərini Yüksək Sayırıq

Cüdo
Bu gün, 17:41

Abşeron OİK-də U-17 ne-vaza üzrə ACF Kuboku yekunlaşıb

Futbol
Bu gün, 17:40

"Qayrat"ın baş məşqçisi Rafael Urazbaxtin çempionluq şansını itirdikdən sonra vəzifədən istefa verib

Oxşar xəbərlər