top
Stas Pokatilov: “Sabah” Borussia Dortmundla azı bir dənə də uduzmaya bilərdi Idman.biz
Bu gün, 10:09
- ↺ +

Stas Pokatilov: “Sabah” Borussia Dortmundla azı bir dənə də uduzmaya bilərdi

Azərbaycanın "Sabah" klubunun qapıçısı Stas Pokatilov hesab edir ki, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sı ilə oyunda ən azı heç-heçəyə layiq idi.

İdman.Biz Qazaxıstanın ASnews.kz nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper 1:2 hesablı məğlubiyyətdən sonra matçla bağlı fikirlərini bölüşüb.

"Hazırda nə emosiyam, nə də gücüm qalıb. Ən azı uduzmamağı çox istəyirdik və düşünürəm ki, bunun üçün imkanlarımız var idi. Amma "Borussiya" artıq başqa səviyyədir, "Slaviya" deyil. Hesab edirəm ki, debütant komanda kimi layiqli oyun göstərdik, xüsusilə də ilk dəqiqələrdən yaxşı təsir bağışladıq. Eyni ruhda davam edəcəyik", – deyə Pokatilov bildirib.

Qapıçı Praqa "Slaviya"sı ilə görüşdən sonra Çempionlar Liqasının ikinci turunun rəmzi komandasına düşməsinə də münasibət bildirib.

Onun sözlərinə görə, komanda autsayder hesab edildikdə müdafiəçilərin və qapıçıların fərqlənmək imkanları daha çox olur. Bununla belə, Pokatilov fərdi uğurlardan daha çox komandanın nəticələrinə önəm verdiyini vurğulayıb.

33 yaşlı futbolçu Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyin onun üçün xüsusi məna daşıdığını da qeyd edib.

"Bu, yüz faiz arzudur. Demək olar ki, adi həyətlərdən futbola başlayan qazaxıstanlı uşaqlar üçün nümunədir. Bu, arzuların gerçəkləşdiyini və hər şeyin mümkün olduğunu göstərir", – deyə qolkiper əlavə edib.

Xatırladaq ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada "Sabah" Dortmund "Borussiya"sına 1:2 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq, Azərbaycan təmsilçisi Almaniya klubuna ciddi müqavimət göstərib.

Üç turdan sonra "Sabah"ın aktivində üç xal var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:24

1,2 milyon avroluq büdcədən Çempionlar Liqasına: “Sabah”ın prezidenti uğurun sirlərini açıqladı

Digər
Bu gün, 11:20

Matteo Politano "Napoli"nin tarixinə düşdü

Digər
Bu gün, 11:11

Azərbaycanlı SSRİ çempionu Firudin Qurbanovun 80 yaşı tamam olur

Futbol
Bu gün, 11:00

Sinan Engin 'Fenerbahçe'ni sərt tənqid etdi, 'Sabah'ı nümunə göstərdi!

Digər
Bu gün, 10:47

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb;

Digər
Bu gün, 10:40

Kvaratsxeliya zədə səbəbindən 9 aya qədər sıradan çıxa bilər

Digər
Bu gün, 10:39

“Kotbus mənim üçün əsl əfsanəyə çevrilir” - Selcan Mahsudovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Digər
Bu gün, 10:24

AFFA-nın sabiq Hakimlər Komitəsinin sədrinə Türkiyədə vəzifə verildi

Futbol
Bu gün, 10:20

Çempionlar Liqası: Arsenal – Bayern qarşılaşması

Futbol
Bu gün, 10:09

PSJ Barselona qarşısında 4:2 qalib gələrək UEFA Çempionlar Liqasında məğlubiyyətsiz rekordunu təzələyib

Futbol
Bu gün, 10:00

Puxaç: 1-2 məğlubiyyətdə də bu səviyyədə oynamaq normaldır

Futbol
Bu gün, 09:52

18 yaşlı Rio Nqumoha Liverpoolu Çempionlar Liqasında xilas etdi

Digər
Bu gün, 09:40

Kiyev "Diamo"sunun baş məşqçisi postuna 4 namizəd

Digər
Bu gün, 09:32

LANDAU Lions

Digər
Bu gün, 09:20

Türkiyə millisinin yeni baş məşqçisi məyyənləşdi - dördillik müqavilə

Digər
Bu gün, 09:13

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq;

Digər
Bu gün, 09:08

Lamin Yamal Avropanın “böyük beşliy”liyində ilkə imza atdı

Futbol
Bu gün, 09:00

Teemu Pukki Finlandiya milli komandasında rekord qolçuluğunu bitirir

Digər
Bu gün, 08:40

Bütün dövrlərin "qızıl top mükafatına namizədlərin siyahısı

Digər
Bu gün, 08:27

İraola “Liverpul”un möhtəşəm dönüşünün sirrini açdı - “Əyləci buraxmalı idik”

Digər
Bu gün, 08:20

"Real" Superliqanın təşkili ilə bağlı 6 İngilis klubundan 80 milyon avro tələb edir

Digər
Bu gün, 08:02

Çempionlar Liqasında Bakıda keçirilən Sabah - Borussiya Dortmund matçını 47 mindən çox azarkeş izlədi

Futbol
Bu gün, 08:00

Ronaldo milli formaya geri dönməyəcək

Oxşar xəbərlər