Hər il "Ballon d'Or" (Qızıl Top) mərasimini təşkil edən Fransanın "France Football" jurnalı "Bütün dövrlərin "Ballon d'Or"-u mükafatına namizədlərin siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıya hər biri bu mükafatı azı iki dəfə qazanmış 10 futbolçu daxildir.
Səsvermədə hər kəs iştirak edə bilər. Bunun üçün 1 avro məbləğində ödəniş tələb olunur. Səsvermədə iştirak edən hər kəs 2025/26 mövsümü üçün "Ballon d'Or" mərasiminə iki bilet qazanmaq şansı uğrunda keçiriləcək tiraja qoşulacaq.
Qeyd edək ki, tədbir oktyabr 26-da, Londonda baş tutacaq.
Bütün dövrlərin "Qızıl top" mükafatına namizədlər:
1. Lionel Messi (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023)
2. Kristiano Ronaldo (2008, 2013, 2014, 2016, 2017)
3. Marko van Basten (1988, 1989, 1992)
4. Yohan Kroyff (1971, 1973, 1974)
5. Mişel Platini (1983, 1984, 1985)
6. Karl-Hayns Rummenigge (1980, 1981)
7. Alfredo Di Stefano (1957, 1959)
8. Ronaldo (1997, 2002)
9. Kevin Kiqan (1978, 1979)
10. Frans Bekkenbauer (1972, 1976).