top
18 yaşlı Rio Nqumoha Liverpoolu Çempionlar Liqasında xilas etdi Lent.az
21 oktyabr 2026, 09:52
- ↺ +

18 yaşlı Rio Nqumoha Liverpoolu Çempionlar Liqasında xilas etdi

İngiltərənin "Liverpul" klubunun 18 yaşlı futbolçusu Rio Nqumoha Çempionlar Liqasında göstərdiyi möhtəşəm performansla gecənin əsas qəhrəmanına çevrilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpul" Çempionlar Liqasında İspaniyanın "Vilyarreal" klubunu 4:3 hesabı ilə məğlub edib. Yeddi qolun vurulduğu qarşılaşmada Nqumoha fərqlənməsə də, komandasının geridönüşündə həlledici rol oynayıb.

İlk hissədə iki top fərqi ilə geriyə düşən İngiltərə təmsilçisi çətin vəziyyətə düşüb. Lakin gənc futbolçunun fəallığı oyunun gedişini dəyişib.

Aleksis Mak Allister hesab arasındakı fərqi azaltdıqdan sonra Nqumoha gözəl ötürmə ilə Ronald Arauxonu qol vəziyyətinə çıxarıb. Arauxo hesabı bərabərləşdirib.

İkinci hissədə də rəqib müdafiəçilərə çətin anlar yaşadan 18 yaşlı futbolçu əvvəlcə Serxi Kardonanı keçib, daha sonra Xuan Foytun müqavimətinə baxmayaraq, Mak Allisterə məhsuldar ötürmə verib. Argentinalı futbolçu bu epizodda "Liverpul"u hesabda önə çıxarıb.

Florian Virtsin vurduğu dördüncü qol isə yekun nəticə baxımından həlledici olub.

Nqumoha oyunun 74-cü dəqiqəsində Bredli Barkola ilə əvəzlənərkən "Enfild" stadionunda azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar. Tribunalar dəfələrlə "Rio, Rio, Rio" şüarları səsləndirib.

Final fitindən sonra stadionda məşhur "Duran Duran" qrupunun "Rio" mahnısı səsləndirilib.

Gənc futbolçu UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib. Mükafatı aldıqdan sonra qapıçı Alissonun onu qucaqlaması da gecənin diqqətçəkən anlarından biri olub.

Nqumoha qarşılaşmadan sonra açıqlamasında bu oyunun karyerasındakı ən yaxşı çıxışlardan biri olduğunu bildirib.

"Bu, indiyədək keçirdiyim ən yaxşı oyunlardan biridir. Meydanda olmaqdan həzz aldım və komanda mənə çox kömək etdi. Top ayağımda olanda bir və ya iki rəqibə qarşı mübarizə aparmaq fürsəti yaranırsa, özümə inanıram. Bundan sonra da belə davam edəcəyəm və amansız olacağam", – deyə futbolçu bildirib.

Qeyd edək ki, 18 yaş 52 günlük Nqumoha Çempionlar Liqasında "Liverpul"un heyətində qol vuran və ya məhsuldar ötürmə edən ən gənc futbolçu kimi tarixə düşüb.

O, ötən il "Nyukasl"la qarşılaşmanın əlavə vaxtında vurduğu qələbə qolu ilə diqqətləri üzərinə çəkib. Bu mövsüm isə İngiltərə millisində debüt edib.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Oxşar xəbərlər