Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
"Report"un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Danimarkada yerli "Bakken Birs"lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Xatırladaq ki, "LANDAU Lions" daha əvvəl G qrupunda İsveçrənin "Lions de Geneve" komandasına (83:105) və Slovakiyanın "Prievidza" klubuna uduzub - 84:108.