"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin üçüncü turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.
Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
Qeyd edək ki, "Sabah" hazırda əsas mərhələsində üç xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.