top
Riçard Trautman Azərbaycan cüdo yığmasının Avropa çempionatındakı performansına qiymət verib Report.az
27 aprel 2025, 14:32
- ↺ +

Riçard Trautman Azərbaycan cüdo yığmasının Avropa çempionatındakı performansına qiymət verib

"Sevindirci haldır ki, bu dəfəki yarışda fəxri kürsüyə əvvəllər yüksəlməyən idmançılar qalxdılar".

"Report" xəbər verir ki, bunu Azərbaycanın cüdo millisinin baş məşqçisi Riçard Trautman Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis yığma üzvlərinin Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatındakı çıxışlarından danışarkən idmançıların öz potensiallarını eyni vaxtda göstərə bilmədiklərini söyləyib:

"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir. İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də 66 kq çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır – nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi.

Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Onun dünya çempionatında iştirak etmısini istəyirik. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıyıq. Hazırkı Avropa çempionatına isə Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal 81 kq çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".

O, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada üçün yeni nəsil formalaşdırdıqlarını söyləyib:

"Heç bir əsas idmançımız karyerasını bitirməyib. Lakin irəliyə baxmaq vacibdir, çünki onların hamısı artıq çox da gənc deyil və Los-Ancelesə hələ üç il yarımdan çox vaxt var. Yeni nəsil formalaşdırırıq. Məni xüsusilə sevindirən hal budur ki, bu dəfə fəxri kürsüdə əvvəllər olmayan gənc idmançılar yer aldı. Olimpiya dövründə idmançılar zədələnir, əməliyyat oluna bilmir, hərbi xidmət məsələləri olur. Bu kimi problemlərdən sonra komandada yenidənqurma apardıq. Fevraldan etibarən tam qüvvəmizlə hazırlıqlara başladıq. Hazırda 100 faiz formada deyilik və bu da normaldır. Əsas hədəfimiz ən mötəbər yarışlar – dünya çempionatı, Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdır. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdır. Orada parlaq çıxış etmək bizim üçün çox vacibdir. Və əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci il Los Anceles Olimpiya Oyunlarıdır. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdur, amma cəmiyyətin diqqətini daha çox Olimpiya medalları çəkir".

Baş məşqçi qadın cüdosunda radikal dəyişikliklərə getməyi planlaşdırdıqlarını vurğulayıb:

"Qadın cüdosunda vəziyyət hələ radikal dəyişməyib, lakin artıq bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Sadəcə vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir. Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur, çünki yüksək səviyyədə ciddi məşq edəcək və "Olimpiya çempionu olacağam" deyə bilən qadınların sayı azdır.

Federasiya rəhbərliyimiz qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə məşq prosesi ilə həll olunmur. Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir. Bu isə yalnız böyük uğurlarla mümkündür. Rol model yaratmaq çox vacibdir. Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Yeni məşqçilər ilk mərhələdə idmançıları və onların xüsusiyyətlərini tanıdılar. İndi isə fərdi inkişaf planlarını hazırlayırıq. Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Dünən, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Oxşar xəbərlər