UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.
QOL.az xəbər verir ki, "Sabah"ın qapıçısı Stas Pokatilov ən çox qurtarış edən qapıçıların siyahısında birinci pilləyə yüksəlib.
O, dünən "Barselona" ilə oyunda (1:4) 9 dəfə seyv edib.
Qazaxıstanlı qolkiper 31 qurtarışla bütün həmkarlarını qabaqlayıb. İkinci pillədə 28 qurtarışla "Brügge"nin qapıçısı Yan Sommer yer alıb.
Çempionlar Liqasının Liqa mərhələsindən 5 turdan sonra ən çox qurtarış edən qapıçıların ilk beşliyi:
1. Stas Pokatilov ("Sabah") – 31
2. Yan Sommer ("Brügge") – 28
3. Dioqu Koşta ("Portu") – 26
4. Dominik Takaç ("Slovan") – 24
5. Tyark Ernst ("Feyenoord") – 20
5. Zayon Suzuki ("Aston Villa") – 20