top
Qazax – Azərbaycanın İdman Paytaxtı: İdman növlərinin inkişafı, qızların idmana cəlbi və gələcək planlar Idman.biz
07 mart 2026, 13:17
- ↺ +

Qazax – Azərbaycanın İdman Paytaxtı: İdman növlərinin inkişafı, qızların idmana cəlbi və gələcək planlar

Qazax rayonu dərin mədəni ənənələrə malik, Azərbaycana çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmiş bir məkandır. İdman da istisna deyil, baxmayaraq ki, burada bir çox növlər hələ yeni inkişaf etməyə başlayır. Gözlənilir ki, bu il Qazaxın ölkənin idman paytaxtı statusunu alması bölgədə idmanın inkişafına ciddi təkan verəcək.

İdman.Biz Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan mediatur çərçivəsində ölkəmizin bu guşəsində olub.

Qazaxlı idmançıların yeni nəsli

Qazaxda idmanın inkişafında Qazax Olimpiya İdman Kompleksi mühüm rol oynayır. Burada 10 idman növü üzrə bölmələr fəaliyyət göstərir. Onlardan biri də cüdodur.

Məşqçi Nurlan Hacıyev bildirib ki, o, həmkarı Samir Mahmudovla birlikdə bu döyüş növünü təxminən dörd il əvvəl Qazaxa gətirib. Bundan əvvəl Azərbaycanın ən populyar idman növlərindən biri üzrə ölkənin idman paytaxtında bölmə mövcud olmayıb.

Hacıyev özü Bakıda məşq edib və karyerasını başa vurduqdan sonra məşqçi olmaq və hazırda şəhərdə yeganə olan bölməni yaratmaq üçün Qazaxa qayıdıb. Burada onlarla uşaq və yeniyetmə məşq edir. Onların arasında həm ölkədaxili, həm də beynəlxalq yarışların mükafatçıları var.

Nurlan Hacıyev

"Bizdə qızlar da məşq edir. Məsələn, şagirdlərimizdən biri cəmi dörd aydır məşq edir, lakin buna baxmayaraq zonal yarışlarda ikinci yeri tutub. Qızları idmana cəlb etmək bir qədər çətindir, amma biz bu istiqamətdə iş aparırıq – məktəblərə gedir, bölmə haqqında məlumat veririk", – deyə o bildirib.

Qazaxda qızların idmana cəlb edilməsinin çətin olduğunu 15 yaşlı boksçu Nərmin Pirməmmədovanın hekayəsi də təsdiqləyir. O da Olimpiya İdman Kompleksində məşq edir. Uşaqlıqdan idmana maraq göstərsə də, valideynləri onu məşqlərə deyil, repetitor yanına göndərirdi.

Hər şey onun məktəbinə idman kompleksinin əməkdaşlarının tədbirə gəlməsindən sonra dəyişib.

"Görüşün sonunda bizdən soruşdular ki, kimin sualı var. Mən əlimi qaldırdım və dedim ki, idmanla məşğul olmaq istəyirəm, amma valideynlərim icazə vermir. Sonra atamla danışdılar və məni boks bölməsinə yazdırdılar" – deyə Nərmin Pirməmmədova qeyd edib.

Hazırda qızın ailəsi də Nərmini dəstəkləyir.

"Nə qədər çox nailiyyət əldə edirəmsə, valideynlərim də bir o qədər ruhlanır. Onlar mənimlə çox fəxr edirlər. Mən ölkəmin bayrağını qaldırmaq və soyadımı xaricdə tanıtmaq istəyirəm. Avropa çempionu olmağı arzulayıram", – deyə Pirməmmədova bildirib.

Nərmin Pirməmmədova

"Qazaxda gender bərabərliyinə nail olmuşuq"

Əməkdar məşqçi, Qazax Olimpiya İdman Kompleksinin əməkdaşı Azər Əliyev qeyd edib ki, rayonda qızların idmana cəlb olunması istiqamətində fəal iş aparılır.

"Məsələn, bizdə qadın futbol komandası var, halbuki bir çox digər regionlarda belə komanda mövcud deyil. Qazax rayonu tamamilə başqa səviyyədədir. Qızlar bizdə bir çox idman növlərində inkişaf edir – ağır atletika, armrestlinq, boks, güləş. Biz gender bərabərliyinə nail olmuşuq. Qazaxlı qızların idmanda böyük gələcəyi var", – deyə o bildirib.

Qeyd edək ki, qadın futbol komandasını üç il əvvəl bədən tərbiyəsi müəllimi olmuş, hazırda isə futbol məşqçisi kimi fəaliyyət göstərən Rayət Əliyev yaradıb.

Rayət Əliyev

"Mən artıq təqaüddəyəm, amma idman həyatımın ayrılmaz hissəsidir. Məktəbdə işləyəndə görürdüm ki, qızların futbola marağı digər idman növlərindən az deyil. Düşündüm ki, niyə də komanda yaratmayaq? Hər şey kənd məktəbindən başladı, sonra regional səviyyəyə çıxdıq", – deyə məşqçi bildirib.

Hazırda şəhərdə yalnız bir komanda - U16 mövcuddur. Lakin Əliyevin sözlərinə görə, gələn il yaş kateqoriyalarının genişləndirilməsi planlaşdırılır.

O qeyd edir ki, Qazaxda futbolun səviyyəsi pis deyil, baxmayaraq ki, böyük şəhərlərlə müqayisədə idman infrastrukturu bir qədər zəifdir. Məşqçinin əsas məqsədi milli komanda və klublar üçün futbolçular hazırlamaqdır. Onun yetirmələrindən biri - Ayan Abdiyeva artıq Azərbaycanın U17 millisində çıxış edir.

"Eyni dəstək oğlanlarda olduğu kimi qızlara da göstərilməlidir. O zaman onların motivasiyası artacaq, futbola diqqətin olduğunu görəcəklər və bu idman növünə daha çox qız gələcək", – deyə Əliyev bildirib.

17 yaşlı Diləfruz Həsənova futbolu ilk dəfə 13 yaşında televiziyada görüb və o vaxtdan bu idman növünü sevməyə başlayıb. O, oyunlara baxmağa gedirdi və orada onu görərək bu idman növündə özünü sınamağa dəvət ediblər.

Dilərəfuz artıq bir ildir futbol oynayır və Azərbaycan çempionatında çıxış etməyi, milli komandada oynamağı, gələcəkdə isə məşqçi olmağı istəyir. Onun ən böyük arzusu isə "Qalatasaray" klubunda çıxış etməkdir.

"Mən hesab edirəm ki, hər bir qız istədiyi hər şeyə nail ola bilər", – deyə o əlavə edib.

Diləfruz Həsənova

Qazaxda tədricən inkişaf edən başqa bir komanda idman növü də var. 12 yaşlı Fatimə Abbasova ötən ilin sentyabrında voleybola başlayıb.

"Qızlar üçün voleybolun uyğun olduğunu eşitmişdim. Valideynlərim bu yolda məni dəstəklədi. Mən gələcəkdə peşəkar voleybolçu olmağı düşünürəm", – deyə o bildirib.

Fatimə Abbasova

İntellektual idman növləri, xüsusilə şahmat da geridə qalmır. Məsələn, 11 yaşlı Nihad Rəisov öz kumiri – dünyanın ən güclü şahmatçılarından biri olan Maqnus Karlsenin rekordlarını qırmağı arzulayır.

"Mən artıq dörd ildir şahmatla məşğul oluram. Evdə şahmatı babam oynayırdı, ilk şahmat dəstini də o alıb. Oynamağı öyrənəndə mənə kömək edirdi", – deyə gənc şahmatçı qeyd edib.

Şahmatda o, həm də azərbaycanlı qrossmeysterlər – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovu nümunə götürür. Nihad Rəisov beynəlxalq arenada böyük uğurlar qazanmağı arzulayır. Bununla yanaşı, təhsilini də unutmur – məktəbdə əla qiymətlərlə oxuyur.

Nihad Rəisov

Qazax ən çox hansı sahədə fərqlənir?

İdman.Biz-ə açıqlamasında Azər Əliyev bildirib ki, Qazaxda basketbol bölməsinin açılması da planlaşdırılır.

"Hansı evə girirsən, orada basketbol səbəti var. Gənclər bu idman növünə böyük maraq göstərir".

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyası ilə danışıqlara başlanmalıdır.

"Biz çalışacağıq ki, basketbolu 2026-cı ildə Qazaxa gətirək".

Əliyev qeyd edib ki, 2025-ci ilin yekunlarına görə qazaxlı idmançılar beynəlxalq yarışlardan ən çox medalı armrestlinq və ağır atletika üzrə qazanıblar.

"Təkcə armrestlinq üzrə dünya və Avropa çempionatlarında 13 medalımız var, onların beşi qızıldır".

Azər Əliyev

Azər Əliyev daha əvvəl də bildirib ki, Qazax və Olimpiya İdman Kompleksi 2026-cı ildə Azərbaycanın idman paytaxtı statusu çərçivəsində nüfuzlu yarışların keçirilməsinə hazırlaşır.

İnfrastruktur məsələsinə gəldikdə, mediatur zamanı açıq idman meydançaları və sahələri ilə rastlaşmadıq – bu, Azərbaycanın bir çox regionları üçün xarakterik problemdir.

Bununla belə, Azər Əliyev şəhərdə idman zallarının, keyfiyyətli inventarın, fitnes mərkəzlərinin və stadionun mövcud olduğunu bildirib.

Qeyd edək ki, şəhər stadionu uzun illər qəzalı vəziyyətdə olub. Ötən ilin iyul ayında bu məsələ ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA) məşğul olmağa başlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Futbol
Bu gün, 15:57

İPL-nin IX turunda böhranda olan "Mançester Yunayted" və liderliyi bölüşən "Liverpul" ilə "Arsenal" qarşılaşacaqlar

Futbol
Bu gün, 15:55

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Oxşar xəbərlər