top
NTD-nin basketbolçusu: Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir Report.az
15 yanvar 2025, 15:54
- ↺ +

NTD-nin basketbolçusu: "Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir"

Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə yüksəlmək və uğur qazanmaqdır.

"Report" xəbər verir ki, bunu NTD-nin basketbolçusu Detrek Brauninq klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Bakı təmsilçisini seçməsinin səbəblərinə aydınlıq gətirib:

"Təklif dekabrda gəldi və biz danışıqlara başladıq. Agentim NTD-də peşəkarların çalışdığını dedi və bu diqqətimi çəkdi. Mənim üçün buraya həyat yoldaşımla gəlmək vacib idi və onlar bunu təmin etdilər. Mövsümün əvvəlindən liqanı izləyirdim, çünki burada oynayan bir neçə dostum var. Hətta ötən mövsüm "Gəncə"də çıxış edən Markus Gilson ilə Gürcüstan çempionatını qazandım. Yəni liqadan xəbərdaram. Məşqçilər heyəti ilə söhbət etdim. Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə çıxmaq və uğur qazanmaqdır. Təəssüf ki, mövsüm yaxşı başlamadı, amma yeni oyunçular və komandada qalanlar ilə nəticələri yaxşılaşdırmağa ümid edirik. Pley-offa qədər NTD-ni güclü bir komanda etməliyik".

Basketbolçu zamanla daha da güclənəcəklərinə inanır:

"İlk oyunumuzu yanvarın 11-də keçirdik. Cəmi 5 məşqə çıxdığımızı nəzərə alsaq, yaxşı oynadıq. Hələ də bir-birimizin güclü və zəif tərəflərini öyrənirik. Zamanla daha da güclənəcəyik. Gələcəkdə daha çox oyun qazanacağımızı düşünürəm. Güclü məşqçilər heyətimiz və qələbəyə ac komandamız var. Hazırda növbəti matçımıza hazırlaşırıq və bu oyunu səbirsizliklə gözləyirik. Daha güclü olduğumuzu göstərmək istəyirik".

Qeyd edək ki, komanda 10 turdan sonra A qrupunda 11 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər