top
Mingəçevirdə Prezident Kuboku-2025 reqatasının iştirakçılarının rəsmi paradı keçirilib Idman.biz
29 aprel 2025, 17:56
- ↺ +

Mingəçevirdə "Prezident Kuboku-2025" reqatasının iştirakçılarının rəsmi paradı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak ediblər.

Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub. Turnir iştirakçıları ansamblla birlikdə rəqsə qoşulublar.

Ardınca Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra tədbir bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, "Prezident Kuboku" reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Oxşar xəbərlər