İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi” klubunu azarkeşlərinin davranışına görə 150 min funt sterlinq məbləğində cərimələyib.
Futbolinfo.az xəbər verir ki, buna London təmsilçisinin fanatlarının İngiltərə Kubokunun 3-cü raundunda “Çarlton”a 5:1 hesabı ilə qalib gəldikləri matçdakı hərəkətləri səbəb olub.
Paytaxt klubunun tərəfdarları qarşılaşma zamanı katolikləri və irlandiyalıları təhqir edən şüarlar səsləndiriblər.
“Çelsi” təqsirini etiraf edib və azarkeşlərin ayrı-seçkilik xarakterli davranışını pisləyib.