top
Millinin baş məşqçisi: “Məqsəd Azərbaycanın adını dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır Report.az
14 fevral 2025, 14:12
- ↺ +

Millinin baş məşqçisi: “Məqsəd Azərbaycanın adını dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır"

Məqsəd digər yığmalarla bərabər səviyyədə mübarizə aparmaq, Azərbaycanın adını Avropa və dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır.

Bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisinin baş məşqçisi Atvars Vilde deyib.

Mütəxəssis iştirak etdikləri Latviya açıq çempionatı və fevralın 23-nə qədər keçirəcəkləri təlim-məşq toplanışı barədə danışıb:

"Düşünürəm ki, yaxşı komandamız var. Bu oyunçularla işlədiyim üçün xoşbəxtəm. Hər biri gənc, həvəsli və güclüdürlər. Fikrimcə, bu komanda Azərbaycanın çimərlik voleybolunda çox yaxşı nümunə olacaq. Ümid edirəm ki, bizə daha çox gənclər qoşulacaq və Azərbaycan millisini gücləndirəcəklər. Hazırda komanda başlanğıc mərhələsindədir. Öz oyun üslubumuzu yaratmağa çalışırıq. Yolumuz uzundur, amma əsas olan başlanğıcdır".

Latviyalı məşqçi qarşıdan gələn Avropa çempionatına çox yaxşı hazırlaşmalı olduqlarını deyib:

"Sentyabrda aşağı yaş qruplarından ibarət komandalar arasında Avropa çempionatı keçiriləcək. Digər turnirlər kimi, bu yarışa da ciddi hazırlaşmalıyıq. Məqsəd digər yığmalarla bərabər səviyyədə mübarizə aparmaq, Azərbaycanın adını Avropa və dünyanın çimərlik voleybolu xəritəsinə yazmaqdır".

O, təlim-məşq toplanışının düşündüklərindən də yaxşı keçdiyini vurğulayıb:

"Azərbaycan millisinin baş məşqçisi kimi Latviyada təlim-məşq toplanışında olduğum üçün məmnunam. Burada hər kəs özünü göstərməyə çalışır və hələlik yaxşı irəliləyirik. Bununla yanaşı, turnirlərdə iştirak edirik və müxtəlif yaş qrupundan ibarət komandalarla yoxlama oyunları keçirərək təcrübə qazanırıq. Estoniya və Litvadan olan komandalarla da qarşılaşırıq. Toplanış düşündüyümdən də yaxşı keçir. Ümid edirəm ki, bu komandalardan bəziləri bir gün təlim-məşq toplanışı üçün Bakıya gələcək. Uşaqların indiyəqədərki inkişafından məmnunam. Qarşıda görüləcək çox işimiz var".

Qeyd edək ki, Azərbaycan millisi Latviya açıq çempionatında mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü yarışın gümüş medallarına sahib çıxıb. Məhəmməd Aslanlı - İbrahim Məmmədov dueti isə dördüncü yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Oxşar xəbərlər