top
Milli Yaylaq Festivalının açılış mərasimi İdman.biz
05 iyul 2024, 17:20
- ↺ +

Milli Yaylaq Festivalının açılış mərasimi

Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Göygöldə təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Göygöl icra hakimi Elvin Paşayev, idmançılar və festival üzvləri iştirak ediblər.

Mərasimdə öncə milli musiqilər səsləndirilib, daha sonra müxtəlif rəqs nümunələri göstərilib. Ardınca türk dövlətlərinin nümayəndələrinin tarixi geyimlərdə bayraqlarla paradı baş tutub.

Qonaqlar etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, "Yaylaq (k/t) bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı" (k/t heyvanları üçün yerlər), "Pəhləvan meydanı" (yarış sahəsi), "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Festivalın məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılmasıdır.

Üçüncü Yaylaq Festivalı "Cavadxan" Tarix və Mədəniyyət Fondu ilə "Kap.az" – Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl rayon icra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə keçirilir.

Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:00

Bologna müdafiəçisi Xuan Miranda Juventusun radarına düşüb

Qarabağ FK
Bu gün, 17:56

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Moludiya”nın transfer hədəfi

Futbol
Bu gün, 17:43

Barselona"nın 19 yaşlı futbolçusu Mark Bernal valideynlərini işdən azad etdi

Futbol
Bu gün, 17:40

Danimarkalı mütəxəssis Tomas Frank, Crystal Palace baş məşqçisi ola bilər

Boks
Bu gün, 17:39

Gülər Hüseynova: Yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksunda gümüş medal qazanaraq tarixi imza atdı

Futbol
Bu gün, 17:33

Arsenal yetirməsi Cek Talbotla ilk peşəkar müqavilə imzaladı

Futbol
Bu gün, 17:28

Füzuli Məmmədov milli fasilədə test oyunları və hazırlıq planlarını açıqladı

Futbol
Bu gün, 17:20

PSV, De Bruyne-ı qış transferində almaq istəyir

Futbol
Bu gün, 17:13

Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırdı

Futbol
Bu gün, 17:13

MOİK "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Cüdo
Bu gün, 17:05

İşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan ikinci pillədə qərara gəldi

Gimnastika
Bu gün, 17:00

Gəncə Olimpiya İdman Kompleksində Açıq Bölgə Bədii Gimnastika Yarışı

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Futbol
Bu gün, 16:55

Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır

Futbol
Bu gün, 16:41

Kristal Palas baş məşqçisini istifa etdirdi

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo vəfat edən futbolçunun ailəsinə maddi yardım göstərdi

Futbol
Bu gün, 16:18

AFFA aşağı yaş qruplarında dörd komanda üçün texniki məğlubiyyətlər tətbiq etdi

Futbol
Bu gün, 16:03

Göyçayın Çərəkə komandası AFFA U-11 liqasından kənarlaşdırıldı

Futbol
Bu gün, 16:00

Premyer Liqanın 11 turuna görə qapıçıların qurtarış reytinqləri bəlli olub: Fernandes birinci, Santos ikinci, Balayev üçüncü

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Oxşar xəbərlər