top
Jurnalistlər arasında keçirilən voleybol turnirinə yekun vurulub Sport24.az
21 iyul 2024, 22:00
- ↺ +

Jurnalistlər arasında keçirilən voleybol turnirinə yekun vurulub

Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokuna yekun vurulub. Sport24.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, "Sumqayıt" klubu və "Rabitəbank"ın təşkilati dəstəyi ilə gerçəkləşən yarışın həlledici matçında "Şuşa" və "Kəlbəcər" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 2:0 (25:20, 25:21).

 

Beləliklə, "Şuşa" ardıcıl üçüncü dəfə Zəfər Kubokunun qalibi olub.

 

3-cü yer uğrunda görüşdə isə "Füzuli" "Ağdərə"dən üstün olub - 2:0 (25:21, 25:14).

 

Xatırladaq ki, daha əvvəl keçirilmiş yarımfinal oyunlarında "Şuşa" "Füzuli"ni (25:20, 25:20), "Kəlbəcər" isə "Ağdərə"ni (25:15, 25:14) üstələmişdi - 2:0.

 

Mükafatlandırma mərasimində Qusar Olimpiya İdman Kompleksinin direktoru və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov, Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova, "Sumqayıt" Voleybol Klubunun direktoru Azər Kərimov və baş sponsor "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Vasif Musayev iştirak edib.

 

Əvvəlcə baş sponsor "Avrora Qrup"a və "Sumqayıt" klubuna təşəkkürnamə təqdim olunub.

 

Daha sonra "Füzuli" komandasının üzvləri bürünc medallarla təltif olunub.

 

"Kəlbəcər" komandası gümüş medal və "Rabitəbank"ın hədiyyələrinə sahib çıxıb.

 

"Şuşa"ya isə qızıl medal, "Rabitəbank"ın qiymətli hədiyyələri və Zəfər Kuboku verilib. Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Oxşar xəbərlər