top
İdman bürcü - Astroloji PROQNOZ: 27 may - 2 iyun İdman.biz
26 may 2024, 14:38
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 27 may - 2 iyun

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə qoçlar üçün əlverişli olmayacaq. Bir çox səylərinizin, xüsusilə də romantik sahədə istəklərinizin boşa çıxacağı gözlənilir. Lakin bu, heç də ruhdan düşməyinizə əsas vermir. Bütün bunlar sizə heç bir çətinlik gətirməyəcək. Sadəcə, səbir və təmkinlə işlərinizə davam etməlisiniz. Maddi durumunuz sabit olacaq. Sağlamlığınızla bağlı bir qədər problem ola bilər. Avarçəkmə, sambo, gimnast və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Buğa
Buğalar ailə və karyera baxımından kiçik problemlərlə üzləşə bilər. Özünüzü sakit və inamlı hiss etmək məsləhətdir. Həftə ərzində maddi durumunuzu yaxşılaşdırmaq və çətin vəziyyətlərdən çıxış yolu tapmaq imkanınız olacaq. Həm öz, həm də yaxınlarınızın imkanlarını qiymətləndirərkən daha realist olun. Sağlamlığınızla bağlı ciddi bir sıxıntı yaşanmayacaq. Üzgüçülük, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Əkizlər
Bu həftə bir çox əkizlərdə özünəinam hissi kifayət qədər yüksələcək. Lakin buna baxmayaraq, tez-tez sıxıntılarla qarşılaşa bilərsiniz. Hər hansı bir addımı atarkən düzgün qərar verməli, xoşniyyətli insanların fikir və məsləhətlərinə daha çox qulaq asmalısınız. Əks təqdirdə, müxtəlif səhvlərlə üzləşmə ehtimalı böyükdür. Xüsusilə həftə sonu vəziyyət gərginləşə bilər. Həlledici məqamlarda dərhal hərəkətə keçməyiniz məsləhətdir. Maddi durumunuzun yüksəlişi görünür. Sağlamlığınız sabit olacaq. Çövkən, cüdo, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Xərçəng
Xərçənglər həftəboyu daha çox tək qalmağa üstünlük verəcəklər. Hətta daha çox istədiklərinizdən də uzaqlaşmağa meylli olacaqsınız. Hər hansı bir təşəbbüsdən qaçmaq daha yaxşı olar, çünki intriqalarla qarşılaşma ehtimalı yüksəkdir. Səhvlər və qeyri-real gözləntilər planlarınızı poza bilər. Xərclərinizi azaltmalı, sağlamlığınıza ciddi fikir verməlisiniz. Hokkey, stolüstü tennis, həndbol, basketbol və voleybol növlərində hədsiz uğurlar gözlənilir.

Şir
Şirlər üçün həftə ürəkaçan olacaq. Sosial sahədə uğurlu günlər vəd edilir. Dostlarla daha çox ünsiyyət qurmaq və kollektivdə daha fəal iştirak etmək istəyəcəksiniz. Bu günlərdə daha məhsuldar olmağınız məsləhətdir. Lakin, bütün bunlara baxmayaraq. Təmaslarınızda daha diqqətli olmalısınız, aldanma ehtimalı artır. Asanlıqla fırıldaqçıların "yeminə" düşə bilərsiniz. Futbol, şahmat, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Qız
Bu həftə qızların işgüzar fəaliyyəti artacaq. Həm iş, həm də şəxsi sahədə məhsuldarlıq olsa da, nəticə tezliklə görünməyə bilər. Fİkirlərinizi cəmləməyə çalışın. Əvvəlcədən düşündüyünüz perspektiv planları təxirə salmamalısınız. Sonda müsbət yekununu görəcəksiniz. Bu arada əhval-ruhiyyənizi gücləndirməyə vaxt ayırmağa çalışın. Bu, məqsədə doğru irəliləmək, arzularınızı həyata keçirmək üçün çox vacibdir. Güləş, qılıncoynatma, velosiped, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qazanacaqsınız.

Tərəzi
Çox dinamik həftə gözlənilir. Tərəzilərin əksəriyyəti yüksək əhval-ruhiyyədə olacaq. Lakin enerjinizi düzgün istiqamətə yönəldə bilməmək ehtimalı var. Ona görə də həftəboyu özünüzdə çox israrlı olmamalı, planlarınızı inadla müdafiə etməlisiniz. Çalışın, ətrafdakıların diqqətini çəkəsiniz. Bütün hallarda, hər hansı bir işə başlayarkən ilk addımı özünüz atmalısınız. Bu zaman maddi imkanlarınızda da irəliləyişlərin şahidi olacaqsınız. Atçılıq, qaçış, üzgüçülük və güləş növlərində uğurlar gözləniləndir.

Əqrəb
Həftənin əvvəli əqrəblər üçün son dərəcə qeyri-sabit keçə bilər. Aaldanma, yaxud gözlənilməz hücumlar təhlükəsi var. Mümkün qədər ayıq olun, amma panik etməyin. Həmçinin, bu günlərdə təmkinli olmalı, enerjinizi lazımsız məqsədlər üçün xərcləməməlisiniz. Hər hansı yeni layihəyə başlamazdan əvvəl ölçüb-biçin. Sağlamlığınıza diqqət yetirməli, idman məşqlərini davam etdirməlisiniz. Atıcılıq, basketbol, həndbol, güləş, voleybol və futzal idman növlərində uğurlar vəd olunur.

Oxatan
Həftəyə aktiv başlayacaqsınız. Özünüzdə güclü enerji artımı və müsbətə doğru dəyişikliklər hiss edəcəksiniz. Hər bir addımda ehtiyatı əldən verməyin. Çətinliklərlə üzləşəcəyiniz qaçılmazdır. Bu baxımdan fürsətdən istifadə etmək, təcrübə və yaxınlarla əlaqəyə girməyə həddən çox tələbat yaranacaq. Bütün bunlara baxmayaraq, həftə ərzində tərəfdaşlarınızla münasibətləriniz çox məhsuldar olacaq. Bu, həm iş, həm də sevgi sahəsində özünü göstərəcək. Üzgüçülük, güləş, futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oğlaq
Həftənin əvvəli oğlaqlar üçün çətin keçəcək. Bəzi yerinə yetirilməmiş öhdəliklər və borclarınızla bağlı qarşıdurmalarla üzləşmək ehtimalınız böyükdür. Maliyyə vəsaiti ala biləcəyiniz insanlarla sövdələşmə etməyiniz məsləhət görülmür. Bu kimi cansıxıcı məqamlara görə çox da əsəbiləşməməlisiniz. Özünüzü gərginlikdən uzaqda saxlamağa çalışın. İşləriniz həftəsonu qaydasına düşəcək. Basketbol, güləş, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Dolça
Bir çox dolçalar üçün bu həftə sarsıntılarla yadda qalacaq. Əvvəlki planlarınızı dəyişməyə məcbur edəcək insanlar və ya hadisələrlə qarşılaşacağınız gözlənilir. Ehtiyaclarınızı qarşılamaq üçün yeni bacarığınıza ehtiyac duyulacaq. Çoxdan görmədiyiniz insanlarla ünsiyyətə başlamaqdan zövq alacaqsınız. Həmçinin, həftə ərzində səyahətə çıxmağınız vəd olunur. Səbrli olacağınız halda uğurlar əldə etmək mümkündür. Cüdo, sambo, tennis, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Balıqlar
Həftə ərzində ürəyinizcə olacaq bir çox dəyişikliklərlə üzləşəcəksiniz. Yeni insanlarla tanışlıqlar qaçılmazdır. Həyatınız tədricən nizama düşəcək. Bütün bunlar həyatınızın daha maraqlı, rəngarəng olacağından xəbər verir. Yeni imkanlara hazır olun. Maliyyə sahəsində də irəliləyişlər gözlənilir. Sağlamlığınızla bağlı şikayətiniz olmayacaq. Stolüstü tennis, gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Dünən, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Dünən, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Dünən, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Futbol
Dünən, 19:58

Sabiq Beşiktaşlı Valerien İsmael, Havre klubunun baş məşqçisi oldu

Futbol
Dünən, 19:49

Paris klubunun prezidenti Antuan Arno ilə PSJ rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlər gərginləşir

Digər
Dünən, 19:34

“Kür”un xorvatiyalı həndbolçusu: “Rəqibimiz çempionatda daha müntəzəm oynadığı üçün üstünlük qazanır”

Futbol
Dünən, 19:28

Anton Krivotsyuk Azərbaycan millisinin heyətindən çıxarılıb

Voleybol
Dünən, 19:12

ORDU, Norveçin FORDE VBK ilə Avro 1/32 finalı üçün cavab oyununa çıxar

Oxşar xəbərlər