top
İdman bürcü - Astroloji PROQNOZ: 10-16 iyun İdman.biz
09 iyun 2024, 10:55
- +

İdman bürcü - Astroloji PROQNOZ: 10-16 iyun

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftə ərzində qoçlar təşəbbüskar olmalı, işdə və evdə çox təmkinli davranmalıdır. Çalışın kollektivdən özünüzü təcrid etməyəsiniz. Səhhətinizə ciddi fikir verin. Köhnədən qalmış işlərinizi tamamlamalısınız. Çünki yeni işlərə başlamağın vaxtıdır. Həmçinin, bu günlər daha çox məşhur olma ehtimalınız görünür. Hərəkətləriniz diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik bu kimi halları xüsusi qiymətləndirəcək. Bu, əhval-ruhiyyənizin yüksəlməsinə səbəb olacaq. Maliyyə vəziyyətinizdə dəyişiklik görünmür. Atçılıq, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Buğa
Buğaları bu həftə xoş günlər gözləyir. Bu, bir çox anlarda özünü göstərəcək. Şəxsi münasibətlər sizə xüsusilə çox müsbət enerji bəxş edəcək. Yaxınlarınızla, ailənizlə daha çox vaxt keçirmək, son vaxtlar çox ünsiyyət qura bilmədiyiniz insanları dinləmək məsləhət görülür. İşləriniz ürəyiniz istədiyi tərzdə gedəcək. Bazar gününə kimi çoxdan arzuladığınız məqsədinizə çata biləcəksiniz. Maliyyə vəziyyətinizdə də irəliləyişlər olacaq. Güləş, basketbol, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əkizlər
Özünüzü cəmiyyətdən təcrid etməyə ehtiyac yoxdur. Keçmiş problemləriniz yoluna düşəcək. Mütəmadi olaraq kiminləsə vacib məsələləri və problemləri müzakirə etməklə qaydasına salacaqsınız. Odur ki, bu cür ünsiyyətdən qaçmamalısınız. Bütün bunlar kişi əkizlərin ümumi işinə və şəxsi həyatına əhəmiyyətli təsir göstərəcək. Dəvət aldığınız tədbirlərdə iştirak etməyə dəyər. Maliyyə imkanlarınızla bağlı ciddi dəyişiklik görünmür. Səhhətinizə diqqət yetirin. Şahmat, futbol, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Xərçəng
Həftənin başlanğıcında bizneslə məşğul olmağa dəyməz. Çünki xərçənglər bu günlərdə həddindən artıq həyəcanlı və həssas olacaqlar. Bu, o deməkdir ki, onlar öz daxili hislərinə hakim olmalı, öz üzərlərində işləməyi bacarmalıdırlar. Yalnız cümə axşamından işə başlaya və şəxsi məsələləri həll edə bilərsiniz. Bu nöqtədə, ehtiyatlarınız qaydasında olacaq. Nəticədə, rəqiblərinizi qabaqlaya və hər kəsə nəyə qadir olduğunu göstərə biləcəksiniz. Həmçinin, bu həftə səhhətinizlə bağlı diqqətli olun. Həndbol, güləş, basketbol, voleybol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Şir
Özlərinə diqqət istəyən şirlər həftboyu çatışmazlıq hiss edəcəklər. Lakin bu vəziyyət tədricən düzələ bilər. Çox enerjili olacaqsınız. Bazar ertəsindən bəzi layihələrə və proseslərə qoşula bilərsiniz. Şübhəsiz ki, yaxın insanlarla ünsiyyət quracaq və xoş münasibətə təşəbbüs göstərəcəksiniz. Bu səbəbdən getdikcə maraqlı məqamlarla üzləşəcəksiniz. Maliyyə imkanlarınızın artacağı gözlənilir. Tanıdıqlarınızdan həqiqətən sevindirici komplimentlər alacaqsınız. Tennis, cüdo, sambo, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Qız
Həftə müxtəlifliyilə diqqət çəkəcək. Qızlar uzun müddət onlara tapşırılan işlərin öhdəsindən gələ biləcəklər. Heç də bununla kifayətlənməyin, yeni layihələrə həvəsli olun. Həftənin ortasında bürcün nümayəndələri çoxdan gözlənilən xəbərləri ala bilərlər. Bundan sonra sizin üçün qaranlıq qalan suallara cavab tapa biləcəksiniz. Belə emosional hadisələrdən sonra dincəlməyiniz məsləhətdir. İstirahəti yaxşı olar ki, həftə sonları, heç bir işinizin olmadığı vaxtlarda edəsiniz. Maddi vəziyyətinizdə yüksəliş gözlənilir. Stolüstü tennis, gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Tərəzi
İstirahətə o qədər də vaxt ayırmağa meyllənməyin. Həftənin ilk günü vacib işlərlə məşğul olmağa cəhd edə bilərsiniz. Sonrakı günlərdə daha mürəkkəb və ixtiraçılıq tələb edən müxtəlif proseslərdə iştirak etməli olacaqsınız. Hər sahədə dəyişikliklərin baş verəcəyinə özünüzü hazırlamalısınız. Bununla bağlı bütün məqamları qəbul etməlisiniz. Həftə ərzində başqaları ilə təmasda olma ehtimalı yüksəkdir. Çalışın, dəvətləri qəbul edəsiniz. Onlarla planları və bəzi niyyətləri müzakirə etməlisiniz. Güzəştə getsəniz, müsbət nəticələrdən danışmaq olar. Hokkey, stolüstü tennis, həndbol, basketbol və voleybol növlərində hədsiz uğurlar gözlənilir.

Əqrəb
Əqrəblər həftəyə çox enerjili başlayacaq. Təkcə özünüzün deyil, başqalarının da həyatını dişmək istəyəcəksiniz. Buna ciddi yanaşacaqsınız. Planlar quracaq, həyata keçirmə ehtimalının olub-olmadığını düşünəcəksiniz. Aağlınıza gələn planları dəstəkləmək olar, lakin onlar barədə ətrafdakıların da fikirlərini öyrənməyiniz məsləhətdir. Həftə sonuna qədər nəticəyə nail olacağınız gözləniləndir. Maddi xərclərdən uzaq durmağınız yaxşı olar. Avarçəkmə, sambo, gimnast və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Oxatan
Həftə oxatanlar üçün əlverişli olacaq. Bu baxımdan cansıxıcı məqamlar yaşamayacaqsınız. Enerji ilə dolu günləri əhvalınız yüksək keçirəcəksiniz. Təkcə şəxsi sahədə deyil, həm də peşəkar sahədə təşəbbüs göstərəcəksiniz. Bu, sizə müəyyən yüksəkliklərə çatmağa kömək olacaq. Bundan sonra özünüzlə fəxr belə edəcəksiniz. Şəxsi həyatında hər şey gözəl olacaq. Digərlərindən hədiyyələr gözlənilir. Qohumlarınızın etdiyi sürprizlər isə sevincinizə səbəb olacaq. Bir sözlə, həftə sizə xoş günlər vəd edir. Çövkən, cüdo, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oğlaq
Bu həftə oğlaqlarda məhsuldarlıq çox yüksək olacaq. Bundan yararlanmalı və mürəkkəb problemləri həll etmək üçün həftəni planlaşdırmalısınız. Onları minimum səylə idarə edə bilərsiniz, bu sizi xoş təəccübləndirəcək və sevindirəcək. Tapşırıqları yerinə yetirərkən, başqaları ilə ünsiyyət qura və bir çox məsələlər haqda bilgi öyrənə biləcəksiniz. Bu işdə maddi gəliriniz də artacaq. Unutmayın ki, həftə ərzində pula çox ehtiyacınız olacaq. Cüdo, üzgüçülük, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Dolça
Dolçalar yeni həftədə özlərini yaxşı mənada ifadə edəcəklər. Yaradıcı hissiniz artacaq ki, bu da digər işlərinizə yardımçı olacaq. Özünüzü məhdudlaşdırmamalısınız, çünki yaradıcılığınızın nəticələri çoxları üçün maraqlı və faydalı olacaq. Həftə ərzində insanlarla ünsiyyət qurmalı və mehriban təmas yaratmalısınız. Sosial əlaqələri aktivləşdirmək təkcə yaxşı vaxt keçirməyinizə kömək etməyəcək, həm də istəklərinizin reallaşmasına dəstək verəcək. Maddı durumunzda elə bir dəyişiklik olmayacaq. Qılıncoynatma, güləş, velosiped, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Balıqlar
Bu həftə balıqlar üçün heç bir sarsıntı gözlənilmir. Həftə dinc və sakit keçəcək. Daha çox öz işlərinizlə məşğul olmağınız məsləhət görülür. Əvvəllər başladığınız işləri yekunlaşdıra biləcəksiniz. İşdə müəyyən uğurlarınız olacaq. Maddi durumunuzda irəliləyişlər qaçılmazdır. Həddən artıq boş vaxtınız olacaq, çalışın həmin günləri özünüzə həsr edəsiniz. Gələcək planlarınızın gerçəkləşməsi üçün xeyli dincəlməlisiniz. Karate, üzgüçülük, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:11

Ebereçi Eze "Arsenal"a keçir

Futbol
Bu gün, 10:10

"İnter Mayami" Messisiz yarımfinala yüksəlib

Basketbol
Bu gün, 10:03

"Abşeron Lions" İsmayıl Abdullayevlə müqaviləni uzadıb

Futbol
Bu gün, 10:00

"Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasov "Zirə" ilə oyun haqqında danışdı: "Hamı xal qazanmaq istəyir, ona görə də meydanda vuruşurlar"

Futbol
Bu gün, 09:53

Ramil Şeydayev "Neftçi"dən ayrılıb Türkiyəyə gedə bilər

Basketbol
Bu gün, 09:51

"Abşeron Lions" İsmayıl Abdullayevlə müqaviləni yeniləyib

Futbol
Bu gün, 09:40

"Arsenal" Eze transferi üçün 69 milyon avro ödəyəcək

Minifutbol
Bu gün, 09:37

"Araz-Naxçıvan" Çempionlar Liqası üçün iştirak ərizəsini və heyətini UEFA-ya təqdim edib

Minifutbol
Bu gün, 09:37

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlandı

Futbol
Bu gün, 09:32

"Marsel"də soyunub-geyinmə otağındakı dava Rabiot və Royun transferinə səbəb oldu

Minifutbol
Bu gün, 09:24

"Neftçi"də kadr islahatı: Baş məşqçi dəyişikliyi və yeni transferlər

Futbol
Bu gün, 09:20

Covanni Reyna "Borussiya"dan "Borussiya"ya keçə bilər: Qərar bu gün

Futbol
Bu gün, 09:18

"Real" Kurtua ilə müqaviləni uzadır

Gimnastika
Bu gün, 09:13

Gənclər və İdman Nazirliyindən Bakıda pulsuz səhər idman məşqləri

Futbol
Bu gün, 09:00

Rasmus Hoylund transfer şərti irəli sürdü

Minifutbol
Bu gün, 09:00

"Neftçi" İK-da heyət dəyişikliyi və yeni baş məşqçi təyinatı

Futbol
Bu gün, 08:40

"Milan" Viktor Bonifasın transferi üçün "Bayer"lə razılığa gəldi

Futbol
Bu gün, 08:20

"Santos" azarkeşləri pis nəticələrə görə komandanın bazasına basqın edib

Boks
Bu gün, 06:52

Olimpiya qalibi İman Xəlif karyerasını dayandırıb

Futbol
Bu gün, 06:39

Çempionlar Liqası: Pley-offun ilk oyunlarının nəticələri

Güləş
Bu gün, 05:22

Ruzanna Məmmədova U-20 Dünya Çempionatının finalında

Futbol
Bu gün, 01:54

"Nyukasl" Vissa üçün "Brentford"a Təklif Göndərdi

Futbol
Bu gün, 01:28

Noa Okafor "Lids"ə transfer olunur: "Milan" ilə razılıq əldə olundu

Futbol
Bu gün, 01:03

Çempionlar Liqası pley-offu: "Fənərbaxça" - "Benfika" 0:0

Oxşar xəbərlər