top
Həndbolu gündəmə gətirmək cəhdi və Federasiya mətbuat xidmətinin hörmətsiz münasibəti Idman.biz
10 oktyabr 2025, 17:01
- ↺ +

Həndbolu gündəmə gətirmək cəhdi və Federasiya mətbuat xidmətinin hörmətsiz münasibəti

Resursumuzun əsas məqsədlərindən biri Azərbaycan idmanını, o cümlədən onun ayrı-ayrı növlərini təbliğ etməkdir. Bunu yazının əvvəlində xüsusi vurğulamaq istəyirik ki, mövzumuzun məqsədi və mahiyyəti aydın olsun.

Belə ki, bu gün İdman.Biz-in əməkdaşlarından biri həndbolla bağlı mütəxəssislərin əlaqə məlumatlarını əldə etmək üçün Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti ilə əlaqə saxlayıb. Məqsəd tam aydın idi - ölkəmizdə həndbolun vəziyyəti barədə müsahibə almaq və bu idman növünü gündəmə gətirmək.

Məsələ ondadır ki, bu gün Azərbaycan həndbolu haqqında danışmaq bizim üçün vacib göründü. Bu idman növü illər boyu ölkəmizə çoxsaylı çempionlar qazandırıb. Azərbaycan həndbolu uzun müddət yüksək nəticələrlə tanınıb. Uğurlarımız, ənənələrimiz, hətta olimpiya çempionlarımız var. Amma bütün bunlara baxmayaraq, bu gün həndbol ölkəmizdə ən populyar idman növlərindən biri sayılmır.

Biz bu vəziyyəti az da olsa dəyişmək, bu idman növünə diqqəti artırmaq üçün sadəcə bir yazı hazırlamaq istəyirdik. Lakin bu cəhd Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinin rəhbərinin açıq-aşkar qeyri-adekvat və kobud davranışı ilə qarşılaşdı.

Səbəb isə əməkdaşımızın "Azərbaycan mətbuatında həndbola yetərincə yer verilmədiyi" fikrini səsləndirməsi oldu. Bu sadə müşahidə federasiya nümayəndəsinin xoşuna gəlmədi.

Federasiya əməkdaşı sadəcə fikirlə razılaşmamaqla kifayətlənmədi (bu, tam normal olardı), o, kobud davranış sərgiləyib, səsini qaldıraraq media nümayəndəsinə qarşı hörmətsizlik edib, bütün bunlar azmış kimi, yaşla bağlı diskriminasiyaya yol verib.

Bu cür davranışı yalnız federasiya əməkdaşı üçün deyil, ümumiyyətlə, Azərbaycan kişisinə yaraşmayan hal hesab edirik. Həm də mətbuat xidməti rəhbərinin əsas vəzifəsi media ilə əməkdaşlıq etməkdir, bu münasibəti pozmaq deyil.

Azərbaycan Həndbol Federasiyasının rəhbərliyinə tövsiyə edirik ki, mətbuat xidməti əməkdaşlarının işinə diqqət yetirsin. Çünki belə davranışlar federasiyanın fəaliyyətinə, eləcə də ölkəmizdə həndbolun inkişafına kölgə salır.

İdman.Biz kollektivi

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:21

İmişli Müəssisəsinin Zire ilə 2:2 Hər-Həçə

Futbol
Bu gün, 10:20

Azərbaycan U-20 milli komandası İraqı 2:1 yenirdi

Futbol
Bu gün, 10:10

Harri Keyn uzun müddət xəstə yatağında qalacaq

Futbol
Bu gün, 10:01

Zəngəzur UEFA Regionlar Kubokunda Polşanın Dolnoşlyonski komandası ilə ilk oyununu oynayacaq

Futbol
Bu gün, 10:00

Riad Rəfiyev: Hakimlərin ikili standartları yenidən oyunu poza bildi

Futbol
Bu gün, 09:48

UEFA İntizam Komitəsi Andorra-Azərbaycan matçında Bədavi Hüseynovun qeydə alınmaması üzrə araşdırma başladı

Futbol
Bu gün, 09:36

Derbilər, liderlər sınağı və Borussiyaların döyüşü

Basketbol
Bu gün, 09:34

Azərbaycan Basketbol Liqasında I turunda təxirə salınmış oyun bu gün başlayacaq

Futbol
Bu gün, 09:25

Mançester Siti 2 Milyard Dollar Krediti İmtina Edildi – Maliyyə Rüsumları Gələcəyini Təhlükə Altına Alır

Futbol
Bu gün, 09:20

Tom Breydi Chelsea səhmlərini alıb

Futbol
Bu gün, 09:05

Zidane İspaniya ilə çeyrek final qarşılaşması haqqında danışdı: “Bu, revanş deyil”

Futbol
Bu gün, 09:00

Şəfa ilə Qəbələ Sumqayıtda üz-üzə gəlir

Futbol
Bu gün, 08:40

Manchester United‑un yeni baş məşqçisi Mauricio Pochettino: Gündə yalnız üç‑dörd saat yatıram

Futbol
Bu gün, 08:39

Bavariya futbolçusu Maykl Olise ciddi zədələnib;

Futbol
Bu gün, 08:09

İngiltərə millisinin baş məşqçisi Tuxel Norveçlə 1/4 final qarşılaşması barədə danışır

Futbol
Bu gün, 08:00

Polşada oyun alveri şübhəsi ilə 10 futbolçu futboldan uzaqlaşdırıldı

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Oxşar xəbərlər