top
FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vuruldu Lent.az
19 aprel 2024, 17:25
- ↺ +

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vuruldu

Aprelin 17-19-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə stolüstü tennis çempionatı keçirilib.

Lent.az nazirliyə istinadən xəbər verir ki, idman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 15 komandasından 60-a yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatın baş hakimi Zaur Mikayılov tərəfindən idarə edilən turnirdə qaliblər müəyyən olunub.

Tədbirin bağlanış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında idman mərkəzlərindən birinə çevrilməsindən, idmançılarımızın qazandığı möhtəşəm uğurlardan danışıb. O, qeyd edib ki, idmanın stolüstü tennis növü gənclərin həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də fiziki sağlamlıqlarının təmin edilməsində böyük əhəmiyyətə malikdir. F.Musayev 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən stolüstü tennis üzrə komanda və şəxsi birincilik yarışlarında FHN-in komandasının qazandığı yüksək nailiyyətlərə toxunub.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 3 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Şimal-qərb Regional Mərkəzinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.

Şəxsi yarışlarda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov çempion adını qazanıb. İkinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Cəfərov, üçüncü yerə isə FHN Akademiyasının əməkdaşı Rüstəm Buğluyev sahib olub.

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Azərbaycan Stolüstü Tennis Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri səy və xidmətlərə görə Tibb Xidmətinin əməkdaşları və çempionatın veteran oyunçusu kimi "İzotop" xüsusi kombinatının əməkdaşı Məmmədbağır Həsənov fəxri fərmanla təltif olunublar.

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:30

Almaniyanın 1990 Dünya Çempionu Prezident namizədinə çevrildi

Digər
Bu gün, 14:16

IIHF, CAS-ın Rusiyanın beynəlxalq hokkey turnirlərinə qayıtmasına verdiyi qərardan şikayət etdi

Digər
Bu gün, 13:57

Merab Dvalişvili Usman Nurməhəmmədovun azad buraxılmasını istədi

Digər
Bu gün, 13:37

Rahilə Hüseynzadə: Qızıl medal hədəfi ilə ağırlıqqaldırmada qarşılaşdığı dəstək çatışmazlığı

Futbol
Bu gün, 13:36

AFFA prezidenti Lixtenşteyn üzərində qələbə münasibətilə milli komandayı təbrik edib;

Futbol
Bu gün, 13:30

Portuqaliyalı futbolçulardan ən çox qazanən beş oyunçu

Futbol
Bu gün, 13:26

Roma azarkeşləri prezident Lotitonun rəhbərliyi ilə münaqişə səbəbindən ev oyunlarını boykot edir

Futbol
Bu gün, 13:00

Rikardo Fernandeş: Şamaxının performansı üçün daha artığı hədəflənir

Şahmat
Bu gün, 12:57

Baş məşqçi, Avropa çempionatındakı şahmatçıların çıxışını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:37

Mançester Yunayted Vinisius Juniorun transferini planlaşdırır

Futbol
Bu gün, 12:30

ESPN tərəfindən təyin edilən Dünyanın 10 ən yaxşı futbolçusu reytinqi açıqlanıb

Olimpiada
Bu gün, 12:17

Azərbaycanın yeniyetmələrin Yay Olimpiya Oyunlarında son 12 ildə ən yaxşı nəticə göstərildi

Futbol
Bu gün, 12:00

Braziliya və Argentina U‑20 komandalarının Azərbaycan‑Özbəkistan çempionatı üçün vəsiqə mübarizəsi çətinləşir

Futbol
Bu gün, 11:30

UEFA Millətlər Liqası V turunun bu günkü oyunları

Futbol
Bu gün, 10:57

Enzo Fernandes: Argentina Uruguay qarşı 1:2 məğlubiyyət yaşadı, iki təsadüfi qol vuruldu

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Oxşar xəbərlər