top
Fərid Qayıbov: “Lisenziyaların sayının daha çox olacağına inanırıq” İdman.biz
02 may 2024, 11:09
- ↺ +

Fərid Qayıbov: “Lisenziyaların sayının daha çox olacağına inanırıq”

"Başa vurduğumuz aylar bir-birini günbəgün artan uğurlarla əvəzləyir. Aprel ayı kütləvilik, idman uğurları və infrastrukturun möhkəmlənməsi baxımından xüsusilə fərqləndi".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov aprel ayını dəyərləndirərkən deyib.

O, "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin infrastrukturu üçün iki mühüm hadisə baş verib: "Əvvəlcə dövlətimizin başçısı cənab İlham Əliyev Gəncə İdman Sarayının açılışını etdi, burada müxtəlif idman növləri üçün ən yüksək səviyyədə yaradılmış şəraitlə tanış oldu. Qafqazın və regionun ən böyük idman mərkəzi olan bu idman sarayında idmançıların təlim-məşq, yarış və istirahəti üçün hər bir imkan var. Inanaram ki, bu sarayda gələcəyin çempionları yetişəcək, çox sayda yerli və beynəlxalq yarışlar keçiriləcək. Qeyd edim ki, gələn il ölkəmizdə keçiriləcək III MDB Oyunlarının bir çox yarışları məhz burada təşkil ediləcək. Bundan başqa, ölkə başçısı Gəncə şəhər stadionunun da təməlini qoydu".

Nazir Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsinin artıq ənənə halını aldığını da vurğulayıb: "Bakıda 41 ölkədən 116 gimnastın mübarizə apardığı bədii gimnastika üzrə Dünya kuboku bu dəfə də yüksək səviyyədə təşkil olundu. Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edildi. Daha bir beynəlxalq yarış - güləş üzrə Olimpiya təsnifat turniri də MGA-da yüksək səviyyədə təşkil olundu. Avropa Olimpiya Təsnifat Turnirində 5 sərbəst güləşçimiz - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) Fransa paytaxtına yollanmaq hüququ qazandılar. Tarixdə ilk dəfə oyun idman növlərində də Olimpiadada təmsil olunacağıq. Bu sevinci bizə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası Honkonqda təşkil olunan lisenziya xarakterli turnirin qalibi olmaqla yaşatdı. Paris Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı akademik avarçəkmə idman növündə əldə etdik. İdmançımız Diana Dımçenko yarışda ikinci yeri tutmaqla Olimpiadaya lisenziyanı təmin etdi. Sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında təmsil olunmuşdu. Bununla da may ayının ilk gününə idmançılarımız lisenziyaların sayını 18-ə çatdırdılar. Qazanılan yeni lisenziyalar münasibətilə kanoe və avarçəkmə, basketbol və güləş federasiyalarını təbrik edirəm. Qarşıdakı iki ay ərzində qazanılacaq lisenziyaların sayının daha çox olacağına inanırıq".

Qayıbov aprelin çoxlu ilklər və yeni rekordlarla yadda qaldığnı da qeyd edib: "Cüdoçumuz Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu tituluna yiyələnməklə Azərbaycan cüdosunda yeni rekorda nail oldu. Daha bir cüdoçumuz Elcan Hacıyev 90 kq çəki dərəcəsində ilk dəfə ölkəmizə qitə çempionatının qızıl medalını qazandırdı. Şahmatçımız Ülviyyə Fətəliyevanın Avropa çempionluğu da ilklərdən biri oldu. Bu uğuru ilə Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşdü. Tamblinq və batutçularımız Avropa çempionatında uğurlu çıxışları ilə ilklərə də nail oldular. Tamblinq yığmamız Avropa çempionu titulunu qazandı. İdman gimnastikası tarixində ilk dəfə Avropa çempionatında medalımız qazanıldı. Bu uğuru halqalarla hərəkətdə Nikita Simonov (gümüş) əldə etdi. Yeniyetmələrin və qızların batutda sinxron hərəkətlərində də komandamız uğurla çıxış etdi və batutçu qızların qazandığı ölkəmiz üçün ilk Avropa medalı oldu. Tamblinq yığmamız da komanda hesabında Avropa çempionatında ilk qızıl medalımızı qazandı".

Nazir ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüş ənənənin davam etdiyini də deyib: "Budəfəki görüşdə də idmançıları dinləyib onların uğurlarına birlikdə nəzərə saldıq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçkisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf qurumun yeni rəhbəri, Azərbaycan Cüdo Federasiyasının ümumi yığıncağında isə Rəşad Rəsullu federasiyanın yeni icraçı vitse-prezidenti seçildilər. Hər iki federasiyaya bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram".

Qayıbov Bakının 2026-cı ildə dünyanın "İdman Paytaxtı" tituluna iddialı olduğunu da açıqlayıb: "Artıq şəhərimizin namizədliyi irəli sürülüb və ötən ay Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komissiyasının (ACES) nümayəndələri Bakıda səfərdə oldular. Onlar bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb, təqdimatda iştirak etdilər. Komissiyanın nümayəndələri ilə görüşüm oldu. Onlarla ölkəmizdə idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışdıq, Bakının idman potensialını müzakirə etdik".

O bildirib ki, qarşıda yığmamızı Parisə aparan məsul və məhsuldar iki ay gözləyir: "Azərbaycan idmançılarının ilin ilk 4 ayında qazandığı ardıcıl uğurlar sabaha daha optimist baxmağa sövq edir. İnanıram ki, idmançılarımız Olimpiya ilini qələbələrlə davam etdirəcək və bayrağımızı zirvədə saxlayacaqlar".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:57

Enzo Fernandes: Argentina Uruguay qarşı 1:2 məğlubiyyət yaşadı, iki təsadüfi qol vuruldu

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Oxşar xəbərlər