top
Fərid Qayıbov: “Bakı-Xankəndi” velosiped yarışının Qarabağda keçirilməsi xüsusi əhəmiyyət daşıyır Idman.biz
14 may 2026, 15:13
- ↺ +

Fərid Qayıbov: “Bakı-Xankəndi” velosiped yarışının Qarabağda keçirilməsi xüsusi əhəmiyyət daşıyır

Gənclər və idman naziri Fərid Qayıbov velosiped idmanı üzrə "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının başa çatmasından sonra turnirlə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında belə bir turnirin doğma Qarabağda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

"Böyük velosiped yarışının yenidən Azərbaycana qayıtması bizim üçün çox sevindirici hadisədir. Xüsusilə bu yarışın doğma Qarabağımızda keçirilməsi ayrıca qürur və xüsusi hisslər yaradır. Bakı dünyanın idman paytaxtı seçilib və bunü görə də paytaxtımızda çoxsaylı irimiqyaslı yarışlar təşkil olunur. Qarşıda cüdo və sumo üzrə dünya çempionatları, voleybol üzrə Avropa çempionatının oyunları, eləcə də Dünya Kubokları var. Azərbaycanda bundan əvvəl də beynəlxalq velosiped yarışları keçirilib, amma belə böyük yarışın yenidən ölkəmizə qayıtması bizim üçün xüsusi əhəmiyyət daşıyır", - deyə Fərid Qayıbov bildirib.

Nazir yerli və gənc idmançıların da yarışda iştirak etdiyini vurğulayıb. O, növbəti mərhələlərdə azərbaycanlı velosipedçilərin daha yaxşı nəticələr göstərəcəyinə inandığını söyləyib.

Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılıq baxımından böyük iş gördüyünü qeyd edib:

"Yerli və gənc idmançılarımız da yarışa qatılıblar. İnanıram ki, növbəti mərhələlərdə onlar da sözlərini deyəcəklər. Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edirəm. Bu cür yarışları təşkil etmək asan deyil. Hava şəraitini də nəzərə almaq lazımdır".

Nazir marşrutun 20-dən çox rayonu əhatə etdiyini və yarışın böyük məsafədə keçirildiyini xatırladıb. O bildirib ki, bu miqyaslı turnirin arxasında ciddi təşkilati iş dayanır.
"Ölkə başçısının Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə xüsusi tapşırıqları var. Müxtəlif rayonlarda, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlər keçirilir. Həm idman azarkeşlərini, həm də Xankəndi sakinlərini təbrik edirəm", - deyə Qayıbov əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 min avrodan çox (100 min AZN-dən çox) olub.

Araz Xəlilli

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Oxşar xəbərlər