İspaniyanın "Espanyol" futbol klubu komandanın yeni baş məşqçisini rəsmən açıqlayıb.
İdman.Biz xəbər verir ki, komandanın sükanı arxasına Eder Sarabia gətirilib.
46 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Sarabia məşqçilik fəaliyyətinə "Danok Bat" klubunun aşağı yaş qruplarında başlayıb, daha sonra "Vilyarreal"ın gənclər komandalarında çalışıb.
O, peşəkar futbolda "Las-Palmas", "Betis" və "Barselona" klublarında Kike Setyenin köməkçisi olub. Daha sonra müstəqil məşqçilik karyerasına başlayan Sarabia "Andorra" və "Elçe" komandalarına rəhbərlik edib.
Yeni baş məşqçi ilə birlikdə Yon Lopes, Yon Moreno, Aitor Unsue və Alvaro Qonsales də "Espanyol"un məşqçilər korpusuna qoşulublar. Vaxtilə Kataloniya klubunun heyətində 82 oyun keçirmiş sabiq futbolçu Alvaro Qonsales beləliklə, yenidən "Espanyol"a qayıdıb.
Klubun məlumatına görə, Sarabianın rəsmi təqdimatı çərşənbə axşamı Xuan Sequra Palomares auditoriyasında keçiriləcək.