top
“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür Idman.biz
Bu gün, 20:32
- ↺ +

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

"Bavariya"nın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Oktyabrın 23-də huşunu itirərək xəstəxanaya yerləşdirilən belçikalı mütəxəssisin yaxın vaxtlarda işinə qayıtması gözlənilmir.

İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı baş məşqçinin oktyabrın 31-də "Borussiya Dortmund", noyabrın 3-də "Atletiko Madrid" və noyabrın 7-də "Maynts"la keçiriləcək qarşılaşmalarda komandanın başında olması istisna edilir.

Məlumata görə, Kompani noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra vəzifəsinin icrasına qayıda bilər. Lakin bununla bağlı yekun qərar hələ verilməyib.

Baş məşqçinin səhhətindəki problemin dəqiq səbəbi də müəyyənləşdirilməyib. Almaniya mətbuatının yazdığına görə, huşunu itirdiyi gün şiddətli baş ağrılarından şikayət edən mütəxəssis geniş nevroloji müayinələrdən keçib. Həkimlər insult və infarkt ehtimallarını istisna etsələr də, onun huşunu itirməsinə nəyin səbəb olduğu hələ aydınlaşmayıb.

"tz" nəşrinin məlumatına əsasən, Kompani yıxılarkən çiyni də çıxıb. O, hadisədən sonra Münxendəki xəstəxanaya çatdırılıb və müayinələri davam etdirilir.

Bununla belə, baş məşqçinin vəziyyətində müsbət dəyişikliklər var. Onu xəstəxanada ziyarət edən köməkçisi Aaron Denks mütəxəssisin özünü daha yaxşı hiss etdiyini söyləyib.

"Mən dünən Vinsenti xəstəxanada ziyarət etdim. Əhvali-ruhiyyəsi yaxşıdır. Görünür, vəziyyəti hər gün yaxşılaşır. Bu, çox müsbət haldır", - deyə Denks bildirib.

Xatırladaq ki, Kompani oktyabrın 23-də "Bavariya"nın ikinci komandasının məşqini izləyərkən huşunu itirib. Hadisədən əvvəl o, virus infeksiyası keçirib və bu səbəbdən komandanın bəzi məşqlərində iştirak etməyib.

Münxen klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl baş məşqçinin sağlamlığının hər şeydən vacib olduğunu vurğulayaraq onun tam sağalana qədər işə qayıtmayacağını bildirib.

Hazırda "Bavariya"nın məşq prosesinə və oyunlarına Kompaninin köməkçiləri rəhbərlik edirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Futbol
Bu gün, 18:27

“Liverpool” Mac Allisterlə yeni müqavilə bağlamağa hazırlaşır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Boks
Bu gün, 18:00

Dörd Azərbaycanlı boksçu noyabrın 7-də İstanbulda WBC kəmərləri uğrunda yarışıb

Futbol
Bu gün, 17:53

Səməd Qurbanov: U-15 Dünya Çempionatı Gənc Futbolçuların Gələcəyini Göstərir

Qarabağ FK
Bu gün, 17:40

"Qarabağ" U-19 UEFA Gənclər Liqasında Zagreb "Dinamosu"na 1:2 hesabıyla məğlub oldu

Oxşar xəbərlər