Azərbaycan Karate Federasiyasının "Vado-Ryu karate" üslubu üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunda üç medal qazanıblar.
İdman.Biz xəbər verir ki, oktyabrın 23-25-də təşkil olunan yarışda Azərbaycan idmançıları bir gümüş və iki bürünc medala yiyələniblər.
21 yaşadək idmançıların mübarizəsində 75 kq çəki dərəcəsində çıxış edən İmran İsmayılzadə finala yüksələrək gümüş medal qazanıb.
16-17 yaşlı karateçilər arasında 67 kq çəki dərəcəsində yarışan Uğur Quliyev bürünc mükafata sahib olub. Böyüklərin yarışında isə 80 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Maarif Xurşudov üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi dünya kubokunda Vilayət Əmirovun rəhbərliyi altında iştirak edib.