top
FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO Idman.biz
Bu gün, 21:01
- ↺ +

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

AFFA-nın təşkilatçılığı və FIFA-nın "Məktəblərdə Futbol" (Football for Schools) proqramının dəstəyi ilə Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçirilib.

İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbir məktəblərdə futbolun inkişafına, müəllimlərin peşəkar biliklərinin artırılmasına və bu idman növünün tədris prosesində daha geniş tətbiqinə həsr olunub.

Seminarın açılışında AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə, baş katibin müavini Elçin Məmmədov, qurumun Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəisi Kifayət Mustafayeva və FIFA-nın "Məktəblərdə Futbol" proqramının rəhbəri Frank Kastilyo iştirak ediblər.

Çıxış edən rəsmilər uşaqların futbola marağının artırılmasında fiziki tərbiyə müəllimlərinin rolundan danışıblar. Məktəblərdə futbolun kütləviləşdirilməsi və şagirdlərin idmana cəlb olunması üçün belə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Seminarın nəzəri hissəsində FIFA nümayəndələri Antonio Sançez və Melvin Mendi, həmçinin AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov müəllimləri proqramın məqsədləri və tətbiq qaydaları ilə tanış ediblər.

İştirakçılara "Football for Schools" mobil tətbiqi də təqdim olunub. Azərbaycan dilinə tərcümə edilmiş tətbiqin köməyi ilə futbol məşğələlərinin planlaşdırılması, müxtəlif tapşırıqların seçilməsi və dərslərin təşkili imkanları izah edilib.

Tədbirdə məktəblərdə futbolun tədrisi, uşaqların fiziki fəallığının artırılması və məşğələlərin daha maraqlı keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Günün ikinci yarısında müəllimlər meydançada praktiki məşğələlərə qatılıblar. Onlar nəzəri hissədə öyrəndiklərini tətbiq edərək müxtəlif futbol tapşırıqlarının təşkili ilə tanış olublar.

Seminarın gedişi regionlarda çalışan fiziki tərbiyə müəllimləri üçün də canlı yayımlanıb.

Qeyd edək ki, tədbir FIFA, AFFA və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən "Football for Schools" təşəbbüsünün bir hissəsidir. Proqramın növbəti tədbiri oktyabrın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Boots for All" festivalıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşından təsirli sözlər: “Hər uğursuzluqdan sonra daha güclü qayıtdın”

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Futbol
Bu gün, 18:27

“Liverpool” Mac Allisterlə yeni müqavilə bağlamağa hazırlaşır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Oxşar xəbərlər