top
Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş Idman.biz
Bu gün, 22:31
- ↺ +

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

"Mançester Yunayted"in əfsanəvi kapitanı Roy Kin bu ilin yanvarında İngiltərə klubuna məşqçi kimi qayıda bilərmiş.

İdman.Biz "The Sun" nəşrinə istinadən xəbər verir ki, Ruben Amorimin istefasından sonra Ole-Qunnar Sulşer baş məşqçi təyin olunsaydı, Kin onun köməkçisi vəzifəsini tuta bilərdi.

Həmin vaxt klub rəhbərliyi Sulşer və Maykl Karriklə danışıqlar aparıb. Yekunda seçim Karrikin üzərində dayanıb. İngiltərəli mütəxəssis komandanı Premyer Liqada üçüncü yerə yüksəldərək daimi baş məşqçi vəzifəsinə təyin olunub.

Sulşerin namizədliyi qəbul edilsəydi, onun məşqçilər korpusunda Roy Kinin də yer alması mümkün idi. Beləliklə, irlandiyalı mütəxəssis 2005-ci ilin noyabrında qalmaqallı ayrılığından sonra ilk dəfə "Mançester Yunayted"ə rəsmi vəzifədə qayıda bilərdi.

Kin futbolçu kimi "Old Trafford"da 12 il keçirib. Bu müddətdə yeddi dəfə Premyer Liqanın, dörd dəfə İngiltərə Kubokunun və bir dəfə Çempionlar Liqasının qalibi olub.

Futbolçu karyerasını başa vurduqdan sonra "Sanderlend" və "İpsviç Taun" klublarını çalışdıran sabiq yarımmüdafiəçi İrlandiya millisində, "Aston Villa" və "Nottingem Forest"də köməkçi məşqçi kimi fəaliyyət göstərib.

2018-2021-ci illərdə "Mançester Yunayted"ə rəhbərlik etmiş Sulşer klubda çalışdığı dövrdə Kinlə yaxın münasibətlərini qoruyub. Bununla belə, həmin vaxt norveçli mütəxəssisin köməkçisi Mayk Felan olub.

Hazırda isə Karrikin klubdakı gələcəyi qeyri-müəyyəndir. "Mançester Yunayted" bütün turnirlərdə keçirdiyi son səkkiz qarşılaşmada qələbə qazana bilməyib və Premyer Liqanın turnir cədvəlində 16-cı pilləyə geriləyib.

Rəhbərliyin Karrikin istefasını müzakirə etdiyi bildirilsə də, mümkün əvəzedici ilə bağlı yekun qərarın olmaması onun vəzifəsində qalmasına şərait yaradıb. Baş məşqçinin şənbə günü "Çelsi" ilə səfər qarşılaşmasında da komandaya rəhbərlik edəcəyi gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:32

A Seriyası: “Milan” evdə məğlub oldu, “İnter” iki avtoqolla qalib gəldi - YENİLƏNİR + VİDEO

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Oxşar xəbərlər