top
Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər” Idman.biz
Bu gün, 00:51
- ↺ +

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

"Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov UEFA Gənclər Liqasında Zaqreb "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının ötən illə müqayisədə daha yaxşı çıxış etdiyini bildirib:

"Rəqib yaxşı, dişli komanda idi. Zaqreb "Dinamo"su Avropanın ən yaxşı akademiyalarından biridir. Buna baxmayaraq, mənə elə gəlir ki, keçən ildən fərqli olaraq bu dəfə komandamız daha yaxşı oyun sərgilədi. Bu il bişmiş kollektiv kimi daha yaxşı futbol sərgilədik. Lakin rəqibə müəyyən boşluqlar verdik. Eləcə də hakimin bəzi qərarlarından narazı qaldıq".

Sadiqov futbolçuların sıx oyun qrafiki və təhsillə bağlı çətinliklərlə üzləşdiklərini vurğulayıb.

"Üç gün əvvəl çempionatda əsas rəqiblərimizdən olan "Sabah"la qarşılaşmışdıq. Ona görə də eyni heyətlə qısa müddətdə ardıcıl iki çətin oyun keçirmək futbolçular üçün yorucudur. Bundan başqa, universitet məsələləri var. Bəzi futbolçular 6 saat dərsdə olub, sonra birbaşa, acqarnına məşqə gəlirlər. Yorğun olurlar, ayaqlar dolur. Bəzi futbolçular səhər oxuyur, bəziləri axşam. Eləcə də əvəzedici komanda ilə məşq edən futbolçularımız da var. Yəni vəziyyət o qədər qarışıqdır ki... Hazırda uşaqları yığıb bu cür mübarizə aparmışıqsa, bu, özü böyük nailiyyətdir. Özünüz də gördünüz ki, birinci hissədə gücümüz var idi, daha yaxşı, effektiv hücumlar edirdik, ikinci hissədə gücümüz qalmadı. Bu da dediyim kimi, bir çox amillərlə bağlıdır. Bəzilərini saydım", - deyə baş məşqçi qol.az-a açıqlamasında bildirib.

Baş məşqçi Zaqreb "Dinamo"su ilə cavab qarşılaşmasına hazırlıq barədə də danışıb:

"Çalışacağıq ki, ikinci görüşə yaxşı hazırlaşaq. İki gün sonra çempionatda oyunumuz var. Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük. Çünki çempionat matçından sonra səfərə yollanmaq futbolçular üçün çox çətin olacaq. Futbolçuların yorğunluğunu və zədə riskini də nəzərə almalıyıq. İstəyirik ki, cavab qarşılaşmasına fiziki baxımdan daha yaxşı durumda çıxaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Oxşar xəbərlər