top
FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq Idman.biz
Dünən, 23:19
- ↺ +

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

FIFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatından milyardlarla funt sterlinq gəlir əldə edib.

İdman.Biz "The Times" nəşrinə istinadən xəbər verir ki, təşkilatın bilet satışları və VIP xidmət paketlərindən qazancı təxminən 3,8 milyard funt sterlinqə (8,61 milyard manat) çatıb.

Bu, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında eyni mənbələrdən əldə edilmiş 697 milyon funt sterlinqlə müqayisədə təxminən 5,5 dəfə çoxdur.

Məlumata görə, FIFA-nın gözləntilərini üstələyən bu göstərici hələ təşkilat tərəfindən rəsmən təsdiqlənməyib. Dünya çempionatından ümumi gəlirin isə 15 milyard dollar (11,27 milyard funt sterlinq) səviyyəsində olacağı proqnozlaşdırılır.

Gəlirlərin artmasında turnirin genişləndirilməsi də rol oynayıb. İştirakçı komandaların sayının 48-ə çatdırılması və əlavə pley-off mərhələsinin tətbiqi nəticəsində oyunların sayı 64-dən 104-ə yüksəlib.

Bununla yanaşı, bilet qiymətlərinin yüksək olması FIFA-nın tənqid edilməsinə səbəb olub. İngiltərənin Futbol Azarkeşləri Assosiasiyası qiymətləri "biabırçı" adlandırıb.

Təşkilatın tətbiq etdiyi dinamik qiymət siyasəti biletlərin dəyərinin tələbatdan asılı olaraq dəyişməsinə imkan verib. Bundan başqa, FIFA-nın biletlərin təkrar satışından ümumilikdə 30 faiz komissiya aldığı bildirilir. Bəzi biletlər təkrar satış platformalarında ilkin qiymətindən dəfələrlə baha təklif olunub.

FIFA prezidenti Canni İnfantino isə təşkilatın gəlir siyasətini müdafiə edərək əldə olunan vəsaitin dünya futbolunun inkişafına yönəldildiyini vurğulayıb.

"Dünya çempionatı dörd ildən bir, cəmi bir ay ərzində keçirilir. Biz həmin bir ayda pul qazanır, növbəti mundiala qədər olan 47 ayda isə bu vəsaiti xərcləyirik. Çoxları bilmir ki, FIFA mənfəət əldə etmək məqsədi daşımayan təşkilatdır.

Bu o deməkdir ki, qazandığımız bütün gəlirləri dünyanın 211 ölkəsində futbolun təşkilinə və inkişafına yatırırıq. Onların təxminən dörddə üçündə bizim ayırdığımız maliyyə yardımı olmasa, mütəşəkkil futbol fəaliyyətini təmin etmək mümkün olmazdı. Buna görə də həmişə düzgün balans tapmağa çalışırıq", - deyə İnfantino bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Oxşar xəbərlər