top
Elman Rüstəmzadə: Velosiped mənə stressdən uzaq olmağa kömək etdi və Azərbaycanı velosipedlə gəzmək istəyirəm Idman.biz
09 mart 2026, 17:07
- ↺ +

Elman Rüstəmzadə: Velosiped mənə stressdən uzaq olmağa kömək etdi və Azərbaycanı velosipedlə gəzmək istəyirəm

Bakıda sürücülər tez-tez "bu velosiped zolaqları kim üçündür?" deyə narazılıq edirlər. Əslində isə bu sualın cavabı var. Velosipedi həyat tərzinə çevirənlərdən biri də Elman Rüstəmzadədir.

O, tibbi şirkətdə çalışır və artıq iki ildir ki, şəhərdə hər yerə - o cümlədən işə - velosipedlə gedir. Şəhərdə velosiped yollarının hər yerdə olmaması onu dayandırmır. Elman bu barədə sosial şəbəkələrdə də danışaraq insanları aktiv həyat tərzinə həvəsləndirir.

İdman.Biz-ə müsahibəsində o bildirib ki, velosipedi seçməsinin əsas səbəbi Bakıda tıxacların çox olmasıdır. Lakin bu seçim ona təkcə vaxt qazandırmayıb.

"Velosiped məni stress və depressiyadan uzaqlaşdırdı", – deyə Rüstəmzadə vurğulayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cyclist | Nature lover ️ | Camping ️Cat lover (@velomacera)

Onun sözlərinə görə, Azərbaycanda cəmiyyət velosiped sürən böyüklərə bəzən qəribə yanaşır: "Bizdə insanların reaksiyası həmişə xoş olmur. Tez-tez deyirlər ki, bu yaşda – 30 yaşında velosiped sürmək ayıbdır".

E. Rüstəmzadə sürücülərin narazılığı ilə də tez-tez üzləşdiyini deyir: "Bəziləri elə davranır ki, sanki velosipedçilərin yolda yeri yoxdur. Amma mən çalışıram buna reaksiya verməyim və əsəbiləşməyim".

Onun fikrincə, belə münasibətin əsas səbəbi qısqanclıqdır: "Əsas səbəb paxıllıqdır. Çünki özləri bunu edə bilmirlər".

"Öz-özümə soruşurdum: buna ehtiyac varmı?"

Gündəlik şəhər gediş-gəlişi ilə yanaşı, Rüstəmzadə velosipedlə Azərbaycanın bölgələrinə də səyahətlər edir. İlk səfərlərindən biri Siyəzənə olub. Lakin Bakıya qayıdarkən güclü küləklə qarşılaşıb və yolun ortasında dayanmalı olub.

"İki saat yolda küləyin zəifləməsini gözlədim, amma mümkün olmadı. Sonda bir maşın məni götürüb Sumqayıta çatdırdı, oradan isə yenidən velosipedlə Bakıya qayıtdım".

Belə səfərlərdə çətinliklər də az olmur. O, Astara səfərini ən ağır səyahət adlandırır – həmin vaxt 40 dərəcə istidə yol qət edib. Bir dəfə isə Xaçmazda gecə vaxtı qaranlıq meşədən, ətrafında itlər ola-ola keçməli olub.

"Həmin an meşədə öz-özümə soruşurdum: ‘Mənə bu lazım idi?" – E.Rüstəmadə xatırlayır.

Buna baxmayaraq, Rüstəmzadə heç nəyə görə peşman olmadığını deyir. Onun həyat prinsipi hər günü son gün kimi yaşamaqdır:

"Problemlər heç vaxt bitməyəcək, amma vaxt keçəcək. Mən həmişə gənc olmayacağam. İnsanlara göstərmək istəyirəm ki, hər günün dadını çıxarmaq lazımdır".

Yeni hədəf - Şəki və Nepal

Rüstəmzadənin yaxın planları arasında velosipedlə Şəkiyə səyahət var. O, Azərbaycanın bütün bölgələrini gəzdikdən sonra Nepalın dağ mənzərələrini velosipedlə kəşf etməyi arzulayır: "Arzum çadırla səyahət etməkdir. Yolda bəzən dayanıb gecələmək istəyirsən. Adətən fasiləsiz sürürəm və çox yoruluram. Çadır həm rahat, həm də oteldən daha qənaətlidir".

Yeni başlayanlara məsləhətlər

Velosiped sürməyə başlamaq istəyənlərə Rüstəmzadə ilk növbədə boylarına uyğun velosiped seçməyi, xüsusi velosiped geyimi geyinməyi və mütləq qoruyucu dəbilqədən istifadə etməyi tövsiyə edir.

Onun sözlərinə görə, şəhərdə velosiped sürmək hələ də kifayət qədər risklidir və həm şəhər daxilində, həm də şəhərdən kənarda velosiped yolları yetərli deyil. Xüsusilə izləyiciləri Xırdalan və Masazırdan Bakıya qədər velosiped yolunun yaradılmasının vacibliyini tez-tez qeyd edirlər.

Rüstəmzadə bildirir ki, velosiped yolu olmadıqda səkidən istifadə edir, bu da mümkün olmadıqda isə yolun sağ kənarı ilə hərəkət edir.

Uzaq məsafələrə səyahət etmək istəyənlərə isə keyfiyyətli velosiped seçməyi və yol hərəkəti qaydalarına ciddi əməl etməyi məsləhət görür.

"Risk etməkdən qorxmayın. Əsas odur ki, yaxşı fiziki formada olun, güclü ayaqlarınız olsun və yol boyu çox maye qəbul edin. Mən belə səfərlərdən əvvəl qaçıram və psixoloji cəhətdən də hazırlaşıram" – deyə həmsöhbətimiz bildirib.

Rüstəmzadə hesab edir ki, ölkədə velosipedçilərin sayının artması yalnız fayda verə bilər:

"Tıxaclar azalacaq və ən əsası insanlar həyatdan daha çox zövq alacaq, daha çox gülümsəyəcək. Bakıda velosiped mədəniyyətini inkişaf etdirmək və insanlara düzgün məlumat vermək istəyirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Futbol
Bu gün, 15:57

İPL-nin IX turunda böhranda olan "Mançester Yunayted" və liderliyi bölüşən "Liverpul" ilə "Arsenal" qarşılaşacaqlar

Futbol
Bu gün, 15:55

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Oxşar xəbərlər