top
Davin Cəfərov Dünya Çempionatındakı çıxışını böyük nailiyyət hesab edir Report.az
13 oktyabr 2025, 14:43
- ↺ +

Davin Cəfərov Dünya Çempionatındakı çıxışını böyük nailiyyət hesab edir

İtaliyanın Lonato şəhərində təşkil olunan dünya çempionatı azərbaycanlı kartinq pilotu Davin Cəfərov üçün çox gərgin keçib.

"Report" xəbər verir ki, idmançı bunu yarışdan sonra bildirib.

O, nəticəsini böyük nailliyyət hesab edib:

"Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə iştirak edirdim. Təəsüf ki yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Bu çətin çempionatda iştirak etmək üçün dünyanın hər yerindən 5 kateqoriya üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarımfinala yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu səbəbdən yarışa 32-ci yerdən başlamağa məcbur oldum. Nəticədə 24 rəqibimi ötməklə yarışı 8-ci sırada bitirdim. Yaş trekdə, çox arxadan başlayarkən buna nail olmaq həqiqətən çətindir. Mən 15 dövrəlik (laps) yarışda 24 pilotu keçə bildim ki, bu çox qısa müddətdir və bunu etmək çətindir. Ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir".

D.Cəfərov hava şəraitinin də əlverişli olmadığını vurğulayıb:

"Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdılar. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. İştirakçılar arasında dünya və Avropa çempionları var idi, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında necə zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır".

Qeyd edək ki, gənc pilot "International South Garda" trekində keçirilən 24-cü dünya kartinq çempionatında (World Grand Final) 8-ci olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Digər
Bu gün, 01:41

De Zerbi derbidəki qələbəni şərh etdi: “Mentalitetimizi dəyişmişik, indi əsl komandayıq”

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Oxşar xəbərlər