Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Kuboku" keçirilib.
Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Turnirin təntənəli açılış mərasimində Dövlət Himni səsləndirilib. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb.